“SOCAR və “Equinor” arasında sövdələşmənin dəyəri 600-700 milyon dollar təşkil edə bilər”
Norveçin “Equinor” şirkətinin Azərbaycandakı aktivlərinin SOCAR şirkətinə satılmasına dair sövdələşmənin dəyəri 600-700 milyon təşkil edə bilər.
Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə neft-qaz bazarındakı mənbə məlumat verib.
“Bu yaxınlarda SOCAR tərəfindən “Equinor” şirkətinin “Azəri-Çıraq-Günəşli” yataqlar bloku (AÇG), “Qarabağ” yatağı və Bakı-Tbilisi-Ceyhan neft kəməri (BTC) layihələrindəki payının alınmasına dair sövdələşmənin dəyəri 600-700 milyon dollar civarında ola bilər”, - deyə mənbə qeyd edir.
Onun sözlərinə görə, bu qiymətləndirmə son 5 ildə AÇG blokunda ümumi neft hasilatı (110 milyon ton və ya 820 milyon barel – İF) çıxılmaqla və neftin orta qiyməti 60 dollardan hesablanmaqla 2019-cu ildə Macarıstanın “MOL” şirkətinin Amerikanın “Chevron” şirkətinin AÇG (9,57%) və BTC (8,9%) layihələrindəki payını əldə etdiyi $1,57 milyardlıq dəyərin müqayisəsi əsasında aparılıb.
Mənbə xatırladıb ki, 2017-ci ilin sentyabr ayında AÇG üzrə məhsulun pay bölgüsü haqqında yeni saziş imzalanarkən “bp” şirkəti (layihənin operatoru – İF) 2049-cu ilin sonunadək blokda çıxarıla bilən neft ehtiyatlarını 3 milyard barel həcmində qiymətləndirib.
“Neft ehtiyatlarının Qərb təsnifatına görə, bu 2Р (Proven+Probable) qiymətləndirməsinə həm sübut edilmiş (yüksək hasilat ehtimallı), həm də mümkün (orta hasilat ehtimallı) ehtiyatların daxil olduğunu, eləcə də “Qarabağ” layihəsi üzrə investisiya qərarının hələ qəbul edilmədiyini nəzərə alaraq, SOCAR və “Equinor” arasında sövdələşmənin dəyəri 600-700 milyon dollar təşkil edə bilər”, – deyə mənbə vurğulayıb.
22 dekabr 2023-cü il tarixində Bakıda SOCAR tərəfindən “Azəri-Çıraq-Günəşli”, “Qarabağ” yataqları, həmçinin Bakı–Tbilisi–Ceyhan layihələri üzrə “Equinor” şirkətinə məxsus iştirak paylarının alınmasına dair sənədlər imzalanıb.
İştirak paylarının alqı-satqısına qədər “Equinor” AÇG neft yataqlarında 7.27%, BTC boru kəmərində 8,71%, “Qarabağ” yatağında isə 50% iştirak payına malik olub.
SOCAR-ın iştirak payı AÇG-də 25%, BTC-də 25%, “Qarabağ” yatağında isə 50% təşkil edib.
İştirak paylarının alınmasına dair əqdlər bütün tənzimləyici tələblərin və müqavilə öhdəliklərinin şərtlərinə əməl edilməklə başa çatdırılacaq.
Görüşdə, həmçinin “Equinor” ilə SOCAR arasında dekarbonizasiya və yaşıl enerji sahələrində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
“Equinor” beynəlxalq neft və qaz biznesini yenidən təşkil etmək prosesindədir və Azərbaycandakı aktivlərin satışı bizim beynəlxalq portfelimizi cəmləşdirmək strategiyamıza uyğundur”, - deyə Norveç şirkətinin məlumatında bildirilib.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 7 saat əvvəl
-
- 7 saat əvvəl
-
7 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
10 saat əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi
























