“PAŞA Bank”ın dəstəyi ilə keçirilən növbəti sosial layihə uğurla yekunlaşıb
(®) Sosial məsuliyyətli korporativ vətəndaş olan “PAŞA Bank” Azərbaycan cəmiyyətinin dayanıqlı inkişafına və tərəqqisinə yönəlmiş layihələrin gerçəkləşdirilməsi ilə bağlı təşəbbüslərini davam etdirir.
Belə ki, “PAŞA Bank”ın maliyyə dəstəyi və “İZ Community” Qadınlar İcmasının tərəfdaşlığı ilə ADA Universiteti Fondu tərəfindən həyata keçirilən sosial layihədə 1 nömrəli ümumi təyinatlı internat tipli ümumtəhsil məktəbin və 11 nömrəli inteqrasiya təlimli internat məktəbin 6-cı sinfində təhsil alan 10 qız şagird iştirak edib. Təşəbbüsün əsas məqsədi qızlara gələcəkdə uğurlu karyera qurmaq üçün lazımlı biliklərin və bacarıqlara yiyələnməyə dəstək vermək olmuşdur.
Dekabr ayında keçirilən layihə çərçivəsində məktəblilərə fərqli peşə sahələri üçün təhsilin rolu, fərdi inkişafın vacibliyi barədə məlumat verilib, ictimai xadimlərin, tanınmış ziyalılar və məşhur simaların fəaliyyəti bir nümunə olaraq ətraflı müzakirə edilib. Şagirdlər “PAŞA Bank”ı və “Xəzər Media Mərkəzi”ni ziyarət edib, öz fəaliyyətləri ilə seçilən peşəkarlar tərəfindən aparılmış maraqlı sessiyalarda iştirak ediblər.
Korporativ Sosial Məsuliyyət strategiyası çərçivəsində “PAŞA Bank” bu növ təşəbbüslərin həyata keçirilməsini gələcəkdə də davam etdirmək niyyətindədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
9 saat əvvəl
143 milyonluq cinayət işi ilə bağlı şahidlər barəsində məcburi gətirilmə qərarı çıxarılıb
- 9 saat əvvəl
-
9 saat əvvəl
Türkiyədə bazar lideri olan şirkət Azərbaycanda ilk mağazasını açdı - FOTOLAR
-
11 saat əvvəl
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
- 12 saat əvvəl
-
12 saat əvvəl
MMC-lər ilə bağlı qaydalardan biri dəyişir - 2000 manatadək cərimə müəyyənləşir
-
12 saat əvvəl
Qeyri-sabit hava şəraiti mayın 9-dək davam edəcək - XƏBƏRDARLIQ
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Bakı-Tbilisi-Qars dəmir yolu xəttində modernləşdirmə işləri başa çatıb - MÜSAHİBƏ
-
13 saat əvvəl
Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin yeni təlimlərə qeydiyyat üçün son 3 gün!