“Güzəştli mənzil” sisteminin fasiləsiz işləməsini təmin etmək "R.İ.S.K. Elmi İstehsalat Şirkəti"nə həvalə olundu
"MİDA" MMC “Güzəştli mənzil” sisteminin, eyni zamanda “AzInTelecom” MMC-nin Yevlax şəhərində Əlçatanlıq Zonasında istifadəyə verilmiş Data Mərkəzində ehtiyat sistemin fasiləsiz və dayanıqlı işinin təmin edilməsi üçün 24/7 xidmətlərinin göstərilməsi işlərinin satınalınması üçün keçirdiyi təkliflər sorğusunu yekunlaşdırıb.
Marja.az xəbər verir ki, qalib şirkət "R.İ.S.K. Elmi İstehsalat Şirkəti" QSC-dir.
"MİDA" MMC "R.İ.S.K. Elmi İstehsalat Şirkəti QSC ilə məbləği 964 min 296 manat olan müqavilə imzalayıb. Müqavilə "Güzəştli mənzil" sisteminin dayanıqlı və fasiləsiz iş rejimində fəaliyyətini təmin etmək məqsədilə 24/7 texniki dəstək xidmətinin göstərilməsini və "Güzəştli mənzil"sisteminin ehtiyat mərkəzində fəaliyyətinə 24/7 texniki dəstək xidmətini nəzərdə tutur. Müqavilənin müddəti 12 aydır.
"R.İ.S.K. Elmi İstehsalat Şirkəti" İT sistem inteqrasiyası, kiber-təhlükəsizlik, tətbiqi proqram təminatı istehsalı, coğrafi informasiya sistemlərinin (GIS) yaradılması kimi istiqamətlərdə ixtisaslaşıb.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 7 saat əvvəl
-
- 7 saat əvvəl
-
7 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
10 saat əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi






















