"3 milyon manatlıq borcumuzu tamamilə və vaxtında ödədik"
"FINCA Azerbaijan" Qeyri-bank kredit təşkilatı (QBKT) 2021-ci ilin dekabrında buraxılmış ilk açıq istiqrazların uğurla tam ödənildiyini elan edib.
Təşkilatın yaydığı məlumatda bildirilir ki, ödəmə müddəti başa çatan 3 milyon manat dəyərində istiqrazların tamamilə və vaxtında ödənilməsi bu maliyyə təşkilatının inkişafında yeni mühüm mərhələni əks etdirir.
“FINCA Azerbaijan” QBKT-nın Baş icraçı direktoru cənab Timoti Tarrant öz minnətdarlığını bildirərək deyib: "2021-ci ildə buraxılmış ilk açıq istiqrazımızın uğurla ödənildiyini elan etməkdən məmnunuq. Bu nailiyyət investorlarımızın bizə göstərdiyi etimadın sübutudur. Biz onların institutumuza davamlı dəstəyinə və etimadına görə minnətdarıq. Biz maliyyə bütövlüyünün və şəffaflığın ən yüksək standartlarını qorumağa sadiq qalırıq”.
“FINCA Azerbaijan” Qeyri-bank kredit təşkilatı (QBKT) kredit məhsulları ilə ölkədə fəaliyyət göstərən kiçik sahibkarlara xidmətlər göstərir. Əsası 1998-ci ildə qoyulmuş “FINCA Azerbaijan” “FINCA Impact Finance” təşkilatına aid 16 bank və mikromaliyyələşmə institutu ilə 5 qitədə 2.8 milyondan artıq müştəriyə xidmət edən qlobal şəbəkənin tərkibinə daxildir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 10 saat sonra
-
-
5 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 11 saat əvvəl
-
12 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!





















