SOCAR-ın Müşahidə Şurasının iclası keçirilib
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Müşahidə Şurasının iclası keçirilib.
Azərbaycan Respublikasının iqtisadiyyat naziri, SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarovun sədrliyi ilə keçirilən iclasda ilk öncə SOCAR-ın 2023-cü ilin ilk 9 ayı üzrə fəaliyyət nəticələri ətraflı müzakirə edilib.
Hesabat dövründə neft və qaz yataqlarının işlənməsi üzrə görülən işlər, hasilat göstəriciləri, bərpaolunan enerji mənbələrinin inkişaf etdirilməsi, dekarbonizasiya istiqamətində atılan addımlar barədə məlumat verilib. Eyni zamanda, cari ilin ilk 9 aylıq nəticələri əsasında korporativ Əsas Səmərəlilik Göstəriciləri (ƏSG) üzrə hədəflərin icra vəziyyəti nəzərdən keçirilib, 2024-cü il üçün büdcə layihəsi müzakirə edilib.
Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2023-cü il tarixli Sərəncamından irəli gələn tapşırıqlar çərçivəsində ölkədə bərpaolunan enerji mənbələrinin inkişafı, həmçinin SOCAR-ın dekarbonizasiya hədəflərinə çatması məqsədilə “SOCAR Green” MMC şirkətinin təsis edilməsi təsdiq edilib.
Müşahidə Şurasının iclasında, habelə “Yeni Əməliyyat Modeli”nin icra statusuna dair təqdimat edilib. Qarşıya qoyulan strateji məqsədlərə nail olmaq məqsədilə tətbiq olunan əməliyyat modelinin qısa müddət ərzində SOCAR-da korporativ idarəetmə proseslərinin təkmilləşdirilməsi, biznesin dayanıqlılığı və korporativ mədəniyyətin növbəti inkişaf mərhələsinə çatdırılması işlərinə mühüm töhfə verdiyi bildirilib.
İclasda gündəliyə daxil olan digər məsələlər ətrafında fikir mübadilələri aparılıb, müvafiq tapşırıqlar verilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
4 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
4 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
4 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
6 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 6 saat əvvəl
-
6 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb

























