"Baku Steel Company" Vakuum qazsızlaşdırma qurğusunu istifadəyə verib - VİDEO/FOTO
(®) Qafqaz regionunun ən iri metallurgiya müəssisəsi olan “Baku Steel Company” QSC (bundan sonra - BSC) istehsal etdiyi polad məhsullarının keyfiyyətini daha da yaxşılaşdırmaq üçün poladın tərkibindəki qazları ayıran Vakuum Qazsızlaşdırma Qurğusunu (VQQ) istifadəyə verib.
VQQ-da maye poladın emal prosesindən sonra hidrogen, oksigen, azotun çıxarılması nəticəsində qeyri-metal birləşmələrin miqdarı azalmaqla yüksək keyfiyyətə nail olunur. Qurğu, ilk növbədə, yüksək keyfiyyət tələblərini qarşılayan əla növ polad markalarının istehsalı üçün nəzərdə tutulub. VQQ vasitəsilə hazırlanan poladdan neft və qaz sənayesində geniş istifadə edilən yüksək təzyiqə davamlı boruların istehsalı üçün xüsusi keyfiyyətə malik boru pəstahlarının tökülməsi icra olunur.
BSC-də poladın vakuumla emalının texnoloji prosesi tam avtomatlaşdırılıb və dünya standartlarının bütün texniki və təhlükəsizlik tələblərinə cavab verir. Əldə olunan daha yüksək keyfiyyətli poladdan maşınqayırma, hərbi-müdafiə, aviasiya və s. sənaye sahələrində istifadə olunan məhsullar istehsal etmək mümkün olur.
VQQ-nin üstünlüklərinə aşağıdakılar daxildir:
- Qazların miqdarı azalır: vakuum maye poladdakı qazların miqdarını azaldır. Bu, məhsulda qaz məsamələrinin əmələ gəlməsi ehtimalını azaltmaq üçün vacibdir;
- Oksidləşmənin qarşısını alır: vakuum mühitində oksigen olmur, bu da poladın yüksək temperaturda oksidləşməsinin qarşısını alır. Sözügedən xüsusiyyət metalın saflığını, eynicinsliyini və keyfiyyətini qorumaq üçün gərəklidir;
- Səthin keyfiyyəti yaxşılaşır: vakumdan keçmiş poladın tərkibində qazların, oksidlərin olmaması poladın sıxlığını artırır, yayılmasına kömək edir və beləliklə istehsal olunan pəstah daha keyfiyyətli olur;
- Qüsurlar minimuma endirilir: daha təmiz bir mühit və daha vahid tökmə şərtləri ilə vakuum tökmə boşluqlar və ya çatlar kimi qüsurları azaltmağa kömək edir.
BSC-nin istehsal etdiyi məhsulların keyfiyyəti artdıqca, onların dünya standartlarına uyğunluğu yeni ixrac bazarlarının qapısını açır. Artıq şirkətin məhsulları yerli bazarda böyük tələbatla satılmaqla yanaşı, dünyanın dörd bir yanında, ümumilikdə, 20-dən çox ölkəyə ixrac olunur. Azərbaycanın strateji coğrafi mövqeyi və regional nəqliyyat-kommunikasiya qovşağı rolunu oynaması BSC üçün əlavə ixrac imkanları yaradır və şirkət öz keyfiyyətli məhsulları ilə bu potensialı dəyərləndirmək əzmindədir.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 7 saat əvvəl
-
- 7 saat əvvəl
-
7 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
10 saat əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi
























