Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

“Okean” marketin rəhbərliyinə ciddi xəbərdarlıq olunub

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Okean” marketin rəhbərliyinə ciddi xəbərdarlıq olunub
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bakıda fəaliyyət göstərən marketlərdən birində satılan dovğa məhsullarının istifadə müddətlərinin bitməsi ilə bağlı mediada yayılan məlumat əsasında Qida Təhlükəsizliyi Agentliyi tərəfindən araşdırma aparılıb.

Qeyd olunan qida məhsullarının Bakı şəhəri, Nəsimi rayonu, Əlimərdan Bəy Topçubaşov küçəsi, ev 346 ünvanında yerləşən, fiziki şəxs Salmanov Elman Ağaxan oğluna məxsus “Okean” marketdə satışının həyata keçirildiyi müəyyən edilib.

Bununla əlaqədar olaraq, Agentliyin müfəttişləri həmin marketdə plandankənar yoxlama aparıb. Yoxlama zamanı ticarət obyektinin satış vitrinində kütləvi informasiya vasitələrində yayılmış yararlılıq müddəti bitmiş dovğa məhsullarına rast gəlinməyib.

Buna baxmayaraq, aparılan yoxlama zamanı satışda olan digər qida məhsullarının da yararlılıq müddətinə baxış keçirilib. Baxış zamanı son istifadə müddəti bitmiş “Buva” əmtəə nişanlı 9 ədəd 0,33 litrlik qazsız təbii mineral su və digər məhsullar aşkar edilib. Yararlılıq müddəti bitmiş məhsullar dərhal satışdan kənarlaşdırılıb.

Yuxarıda qeyd edilənlərlə əlaqədar olaraq, ticarət obyektinin rəhbərliyinə qida məhsullarının satışı zamanı yararlılıq müddətinin daimi nəzarətdə saxlanması ilə bağlı ciddi xəbərdarlıq olunub. Eyni zamanda aşkar olunan uyğunsuzluqlarla bağlı rəhbərliyi barəsində inzibati xəta haqqında protokol tərtib edilib.

Okean market Salmanov Elman Ağaxan
21.12.2023 11:41

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ