“Shokki Mokki”dən “Nağıllar Əngəl Tanımır” layihəsi
(®) “Shokki Mokki” markasının dəstəyi ilə nitq məhdudiyyətli uşaqlar üçün “Nağıllar Əngəl Tanımır” adlı kukla teatrı tədbiri keçirilib.
Aytac Qəmbərovanın rəhbərliyi ilə təqdim olunan Səyyar Kukla Teatrı layihəsi 3 nömrəli Respublika xüsusi internat məktəbində təşkil edilib.
Tədbir inkluziv tamaşa, sehirbaz şousu, əyləncəli şou program və sonda hədiyyələrin paylanması ilə başa çatıb. Beynəlxalq əlillər günü və qarşıdan gələn yeni il münasibəti ilə baş tutan tədbirdə 100 ə yaxın uşaq iştirak edib.
Qeyd edək ki, “Shokki Mokki” ölkəmizin tarixi, mədəniyyəti və ənənələrinə xüsusi həssaslıqla yanaşaraq mütəmadi olaraq müxtəlif sosial layihələri həyata keçirir. Adıçəkilən marka artıq bir ildir ki, Azərbaycanın ən böyük Korporativ Sosial Məsuliyyət layihələrindən olan “Məktəbim”i reallaşdırır və ölkəmizin müxtəlif bölgələrindən olan sosial həssas kateqoriyaya məxsus uşaqların məktəbəqədər təhsil almasına dəstək verir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
1 gün əvvəl
Beynəlxalq kredit reytinq agentliyi Türkiyənin kredit reytinqini yüksəltdi
-
1 gün əvvəl
İşçi “boş-bikar” sözünü qəbul etməyib şirkət rəhbərini məhkəməyə verdi - Azərbaycanda
-
1 gün əvvəl
Umico-nun gəlirləri 3 dəfədən çox artıb, lakin zərərdən çıxa bilməyib
- 1 gün əvvəl
-
2 gün əvvəl
143 milyonluq cinayət işi ilə bağlı şahidlər barəsində məcburi gətirilmə qərarı çıxarılıb
- 2 gün əvvəl
-
2 gün əvvəl
Türkiyədə bazar lideri olan şirkət Azərbaycanda ilk mağazasını açdı - FOTOLAR
-
2 gün əvvəl
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
- 2 gün əvvəl
-
2 gün əvvəl
MMC-lər ilə bağlı qaydalardan biri dəyişir - 2000 manatadək cərimə müəyyənləşir
-
2 gün əvvəl
Qeyri-sabit hava şəraiti mayın 9-dək davam edəcək - XƏBƏRDARLIQ