Neft qiymətlərinin düşməsi dayanıb
Ardıcıl yeddi həftəlik ucuzlaşmadan sonra Brent neftinin bir bareli 76 dolların, ABŞ xam neftinin qiyməti isə 71 dolların üzərindədir. ABŞ-ın gözləniləndən daha güclü məşğulluq məlumatı və Strateji Neft Ehtiyatını doldurmaq planları xam neftin ucuzlaşmasını dayandırıb.
Marja.az xəbər verir ki, Bakı vaxtı ilə saat 09:00-a olan məlumata görə, Brent nefti 0,63% bahalşma ilə 76,32 dollardan, ABŞ xam nefti isə 0,55% bahallaşma ilə 71,62 dollardan ticarət olunub.
Neft sentyabrın sonundan bəri ucuzlaşıb. OPEC+-dan hasilatın daha da azaldılması, hətta Səudiyyə Ərəbistanı və Rusiyanın məhdudiyyətləri mart ayından sonra da uzadılacağına dair açıqlamaları ucuzlaşmanı dayandıra bilmədi. OPEC+-dan kənarda, xüsusən də ABŞ-dan hasilat artır, gələn il Çində neftə tələb artımının yavaşlayacağı gözlənilir və ABŞ-da tənəzzül ehtimalı var.
Çinin tələbi ilə bağlı narahatlıqlar səbəbindən neftin bahalşaması hələ də məhduddur. Mövcud qiymət səviyyəsi ABŞ-ın strateji neft ehtiyatlarının artırması üçün alışlar etməsinə də səbəb ola bilər.
Beynəlxalq Enerji Agentliyinin, Neft İxrac Edən Ölkələr Təşkilatının və ABŞ Energetika Nazirliyinin bu həftəki aylıq hesabatları tələb və təklifin əsaslarına müəyyən aydınlıq gətirə bilər. İnvestorlar FED-in ilin yekun faiz qərarını da izləyəcəklər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
-
28 d. əvvəl
Kapital Bank güzəştli kreditlərin verilməsinə dair müqavilə imzalayıb
-
-
29 d. əvvəl
Azərbaycan Kredit Bürosu ilə Çinin Pudao Kredit Bürosu arasında görüş keçirilib
-
50 d. əvvəl
Azərbaycanda orta maaş 5 faizdən çox artaraq 1099,1 manat təşkil edib
-
55 d. əvvəl
"Expressbank"ın biznes kreditləri portfeli 200 milyon manat səviyyəsini keçib
-
1 saat əvvəl
ABB-nin kredit portfeli ilk rübdə 80 milyon manata yaxın artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Bağçalı” otelinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
3 ayda Naftalana 9 minə yaxın yerli və xarici turist gəlib
Xalq Bank I rübün yekunlarını açıqladı
Ən çox oxunanlar
Çinin ixracı yavaşlayıb
Azərbaycan neftinin son qiyməti
İnvestisiya şirkətlərinin xalis mənfəəti azalıb
Azərbaycanda median aylıq kirayə haqqı 1000 manatı keçib
















.jpg)







