“Bəhmətli” elektrik yarımstansiyasının açılışı olub
Avqustun 3-də Zaqatalada 110/35/10 kV-luq “Bəhmətli” elektrik yarımstansiyasının açılışı olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.
“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri Baba Rzayev dövlətimizin başçısına yarımstansiyanın texniki göstəriciləri barədə məlumat verdi. Stansiyanın ətrafında geniş abadlıq-quruculuq işləri aparılıb, yaşıllıqlar salınıb. Bu yarımstansiya Zaqatala rayonunun elektrik təchizatının yaxşılaşdırılması, rayonun elektrik enerjisi verilişində yaranan fasilələrin qarşısının alınması məqsədi ilə tikilib. Əvvəllər 110 kV-luq 2-ci Zaqatala hava xəttindən budaqlanma vasitəsilə qidalanan 1x6,3 MVA gücündə olan “Bəhmətli” yarımstansiyası Bəhmətli və digər kəndləri elektrik enerjisi ilə təmin edərkən ciddi problemlər yaşanırdı. Yarımstansiyanın bir transformatorla qidalanması elektrik enerjisinin verilişində fasilələrin yaranmasına səbəb olurdu. Bunu nəzərə alaraq, 110 kV-luq 2-ci Zaqatala hava xəttindən qidalanan 1 kilometr uzunluğunda birdövrəli “Bəhmətli” budaqlanması ikidövrəli budaqlanma xəttinə çevrilərək yenidən qurulub. Yarımstansiyada 2x10 MVA gücündə yeni transformatorlar quraşdırılıb. Eyni zamanda, yarımstansiyada 110 və 35 kV-luq açıq paylayıcı şəbəkə inşa edilib. Həmçinin yarımstansiyadan 35/10 kV-luq “Muğanlı” və 35/6 kV-luq “Qaraçay” yarımstansiyalarını qidalandıran 35 kV-luq Muğanlı hava xəttinin çıxışı kabellə əvəzlənib. Tam yenidən qurulan yarımstansiyadakı qurğularda müasir standartlara cavab verən elektrik avadanlıqları, elektron tipli rele mühafizə və avtomat sistemlər, yarımstansiyanın məsafədən idarə olunması üçün SCADA dispetçer sisteminə qoşulmasını təmin edən avadanlıqlar quraşdırılıb. “Bəhmətli” yarımstansiyası Bəhmətli, Suvagil, Dağlı, Mosul, Yengiyan, Lahıc, Kürdəmir, Muğanlı, Qandax, Kəpənəkçi, Çüdülübinə kəndlərinin və Əliabad qəsəbəsinin 9 minə yaxın abonentini keyfiyyətli elektrik enerjisi ilə təmin edəcək. Bu stansiyadan əlavə Zaqatala EŞ-nin xidməti ərazisində əvvəllər adı “Ulduz” olan 35/10 kV-luq yarımstansiya tam sökülərək, yerində müasir tipli qapalı “Danaçı” yarımstansiyası da tikilib.
Dövlətimizin başçısının müəyyənləşdirdiyi “İşıqlı Azərbaycan” layihəsinə uyğun olaraq “Azərişıq” ASC ölkənin bütün regionlarında olduğu kimi, şimal-qərb bölgəsində də istehlakçıların dayanıqlı, fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təchiz edilməsi istiqamətində genişmiqyaslı tikinti, yenidənqurma və bərpa işləri həyata keçirir. Zaqatalada inşa edilən 110/35/10 kV-luq “Bəhmətli” yarımstansiyası da bu istiqamətdə icra edilən layihələrdəndir. Ümumilikdə, son illərdə “Azərişıq” ASC tərəfindən bu bölgədə çox mühüm işlər görülüb. “Azərişıq” ASC yaradıldıqdan sonra turizm və kənd təsərrüfatı zonası sayılan şimal-qərb bölgəsində müasir standartlara cavab verən 110/35/10 kV-luq 4 yarımstansiya tikilib və yenidən qurulub. 35/10 kV-luq yarımstansiyalar üzrə 3 yarımstansiya istifadəyə verilib, 5 yarımstansiyada isə işlər yekunlaşmaq üzrədir. Bütün bunlarla paralel olaraq, Şimal-Qərb RETSİ-nin xidməti ərazisində 287 transformator məntəqəsi quraşdırılıb. Region üzrə 300 kilometr izolyasiyalı naqil və 310 kilometr naqil xətləri çəkilib, 27 min yeni dayaq basdırılıb və dəyişdirilib. İki il ərzində Qax, Qəbələ, İsmayıllı, Şəki və Oğuz rayonlarında müasir və bir-birindən fərqli memarlıq üslubunda yeni ofis binaları tikilərək istifadəyə verilib. Əməkdaşların operativ fəaliyyəti üçün hər cür şərait yaradılan ofis binalarında abonentlərə xidmətin keyfiyyətinin artırılması, enerji satışı, qəza xidməti, müştəri xidmətləri üçün xüsusi otaqlar yaradılıb. Şimal-Qərb RETSİ-si üzrə 150-yə yaxın kənd və qəsəbədə yenidənqurma işləri aparılıb və aparılmaqdadır. 8 rayon üzrə ümumilikdə, 7225 yeni sayğac quraşdırılıb, 14025 sayğac yenisi ilə əvəz edilib. Ümumilikdə, istismar müddətini başa vurmuş elektrik şəbəkələrində görülən işlər nəticəsində texniki itkilər azalıb, elektrik enerjisinin yığımı artıb. “Azərişıq” ASC yaradılandan sonra Şimal-Qərb RETSİ üzrə rayonların ümumi qoyuluş gücü 131,5 MVA artırılıb.
Sonra Prezident İlham Əliyev yarımstansiyanı işə saldı.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 gün sonra
- 58 d. əvvəl
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
"Xəzər" Kredit İttifaqı 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
-
3 saat əvvəl
Azərbaycanın 24,5 milyard manat dövlət borcu olduğu açıqlandı
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Qlobal bank netin orta qiymət proqnozunu 104 dollara yüksəldib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Birləşmiş Ərəb Əmirlikləri OPEC-i tərk edir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanın sığorta bazarı 5 %-ə yaxın böyüyüb
Azərbaycanın 24,5 milyard manat dövlət borcu olduğu açıqlandı
22 sahibkar “Tərəqqi” medalı ilə təltif edildi
Ən çox oxunanlar
Aprelin 29-da gözlənilən hava şəraiti
Sel və daşqınların təhlükəli və zərərli təsirlərinə qarşı mübarizə üçün 86 milyon manata yaxın pul ayrıldı - SƏRƏNCAM
Qlobal bank netin orta qiymət proqnozunu 104 dollara yüksəldib
TuranBank-dan “Yaşıl gələcəyə” növbəti addım: 1 milyon ağac hədəfi
Unicapital PAŞA Bank səhmlərinin marketmeykeri olacaq
BP-nin mənfəəti İran müharibəsi ilə 2 dəfədən çox artıb
3 gün, 0% komissiya: Unibank yeni kredit kampaniyası keçirir
Azərbaycan holdinqinə daxil olan şirkətin adı dəyişib















.jpg)





