"Baku Steel Company" rəqəmsallaşma sahəsində dünya lideri olan “SAP SE” şirkəti ilə əməkdaşlığa başlayır
Qafqaz regionunun ən böyük metallurgiya şirkəti olan “Baku Steel Company” QSC (BSC) Cəmiyyətin bütün proseslərinin mərkəzi idarəetməsi və rəqəmsallaşması sahəsində daha bir əhəmiyyətli addım atıb.
Belə ki, BSC bu sahədə dünya lideri olan “SAP SE” şirkəti ilə əməkdaşlıq haqqında Memorandum imzalayıb. Sənədə “Baku Steel Company” QSC-nin Baş Direktoru Kamal İbrahimov və «SAP SE» şirkətinin Orta və Şərqi Avropa üzrə Baş Əməliyyat Direktoru İqor Kurkov imza atıblar.
BSC bütün qrup üzrə biznes proseslərin yenidən yazılması və qiymətləndirilməsi layihəsini uğurla başa çatdırıb və növbəti mərhələ olaraq, “SAP SE”nin ən yeni ERP (Enterprise Resource Planning – Müəssisə Resurslarının Planlaşdırılması) sistemi olan SAP S/4HANA kompleks sistemini tətbiq etməyi nəzərdə tutur. Bu sistem maliyyə, satınalma və təchizat, istehsalatın planlaşdırılması, satış, logistika, personalın idarə edilməsi proseslərini tam şəkildə əhatə edəcək. Yeni nəsil sistem böyük həcmdə məlumatı emal etmək üçün yaddaşdaxili hesablamalardan istifadə edir, həmçinin süni zəka (AI) və maşın öyrənməsi kimi qabaqcıl texnologiyaları dəstəkləyir.
Qeyd edək ki, 1972-ci ildə əsası qoyulan “SAP SE” (əvvəlki adı “SAP”) şirkəti 5 işçisi olan kiçik bir “startap”dan baş ofisi Almaniyanın Valdorf şəhərində yerləşən və dünyanın 157 çox ölkəsində 105 mindən artıq işçisi olan transmilli korporasiyaya çevrilib.
BSC ERP sistemi vasitəsilə bütün istehsal proseslərində məlumatların yığılması və ötürülməsinin avtomatlaşdırılması yolu ilə tam rəqəmsallaşmanın tətbiq olunmasını planlaşdırır.
Beləliklə də, günü-gündən inkişaf edən BSC metallurgiya sahəsində olan aparıcı beynəlxalq praktikanı tətbiq etməklə Azərbaycan iqtisadiyyatının daha da qüdrətlənməsinə öz töhfəsini verəcək.
Müştərilərin xəbərləri
Wolt Azərbaycanda "Wolt+ Həftələri" kampaniyasını start verir - Üzvlərə xüsusi endirimlər və təkliflər təqdim olunur
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
- 3 saat əvvəl
-
3 saat əvvəl
“PAŞA Bank” səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
-
4 saat əvvəl
“Prime Cotton” beynəlxalq sertifikat portfelini daha da gücləndirir
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
“Azərşəkər”in sabiq rəhbəri və daha iki nəfərin məhkəməsi başlayıb
-
5 saat əvvəl
Venesuela neft satışından 300 milyon dollarlıq gəlir əldə edib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Trampdan Davosda mühüm açıqlamalar
"Moody’s" Azərbaycanın kredit profili üzrə rəyini açıqlayıb
BOKT illik 16% ilə borc alır
"FINCA Azerbaijan" 1 milyon dollar borc alır
Ən çox oxunanlar
“Azərşəkər”in sabiq rəhbəri və daha iki nəfərin məhkəməsi başlayıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Wolt Azərbaycanda "Wolt+ Həftələri" kampaniyasını start verir - Üzvlərə xüsusi endirimlər və təkliflər təqdim olunur
"Bizim məhsulu sata bilməməklə bağlı problemimiz yoxdur"
























