BVF hesab edir ki, ABŞ-ın faiz dərəcəsi indiki səviyyədə qalmalıdır
Beynəlxalq Valyuta Fondu (BVF) hesab edir ki, ABŞ Mərkəzi Bankının (FED) faiz dərəcəsi indiki 5,25-5,5% səviyyəsində qalmalıdır.
Marja xəbər verir ki, bu barədə BVF-nin sözçüsü Julie Kozak növbəti brifinqdə bildirib.
“Bütün bu mənzərəyə nəzər saldıqda, biz inanırıq ki, cari siyasət qərarları ABŞ üçün pul siyasəti baxımından düzgündür və faiz dərəcələri cari səviyyədə qalmalıdır. Biz həmçinin hesab edirik ki, Federal Ehtiyat Sistemi (Mərkəzi Bank) artan inflyasiya risklərindən xəbərdardır və bu risklər reallaşarsa, müvafiq tədbirlər görəcək”, - o qeyd edib.
Kozakın sözlərinə görə, fond Amerika iqtisadiyyatının “artım sürətində bəzi zəifləmələri” qeyd edir.
Noyabr iclasından sonra FED faiz dərəcəsini 5,25-5,5% səviyyəsində saxlayıb. Məzənnə ilə bağlı qərar yekdilliklə qəbul edilib. FED-in Açıq Bazar Rəhbər Komitəsinin bu il növbəti və sonuncu iclası dekabrın 12-13-də baş tutacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
-
20 d. əvvəl
"VTB (Azərbaycan)" böyüyüb - kredit və depozit portfelləri artıb
-
-
41 d. əvvəl
Unibank 1-ci rübün maliyyə nəticələrini açıqladı - "Bu il bankımız üçün transformasiya ilidir"
-
1 saat əvvəl
"NEQSOL Holding"in şirkətləri Azərbaycanda ən iri vergi ödəyiciləri sırasında
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
AccessBank-ın 2026-cı ilin 1-ci rübü üzrə maliyyə vəziyyəti açıqlandı
- 3 saat əvvəl
-
4 saat əvvəl
Kapital Bank güzəştli kreditlərin verilməsinə dair müqavilə imzalayıb
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
"VTB (Azərbaycan)" böyüyüb - kredit və depozit portfelləri artıb
"AccessBank" 13 milyon manata yaxın xalis mənfəət açıqladı
Aprelin 15-də gözlənilən hava şəraiti
Ən çox oxunanlar
Bank omayan kredit təşkilatı mənfəətdən zərərə keçib
ABB-nin kredit portfeli ilk rübdə 80 milyon manata yaxın artıb
3 ayda Naftalana 9 minə yaxın yerli və xarici turist gəlib





.jpg)









.jpg)







