Azərbaycan 32 erməni hərbçini, Ermənistan isə 2 azərbaycanlı hərbçini azad edir
Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatının birgə açıqlamasıAzərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı birgə açıqlama yayıb.
Marja.az açıqlamanı təqdim edir: “Azərbaycan Respublikası və Ermənistan Respublikası regionda çoxdan gözlənilən sülhün əldə olunması üçün tarixi fürsətin yarandığı fikrini bölüşür. İki ölkə münasibətləri normallaşdırmaq, suverenlik və ərazi bütövlüyü prinsiplərinə hörmət əsasında sülh sazişinə nail olmaq niyyətini bir daha təsdiq edir.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı arasında aparılmış danışıqlar nəticəsində iki ölkə arasında etimad quruculuğu istiqamətində ciddi addımların atılmasına dair razılıq əldə olunub.
Humanizm dəyərlərini rəhbər tutaraq və xoşməramlı addım olaraq, Azərbaycan Respublikası 32 erməni hərbçini azad edir.
Ermənistan Respublikası öz növbəsində humanizm dəyərlərini rəhbər tutaraq və xoşməramlı addım olaraq, 2 azərbaycanlı hərbçini azad edir.
Xoş niyyətin təzahürü olaraq, Ermənistan Respublikası BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP29) ev sahibliyinə öz namizədliyini geri götürərək, Azərbaycan Respublikasının namizədliyini dəstəkləyir. Azərbaycan Respublikası və Ermənistan Respublikası ümid edirlər ki, Şərqi Avropa Qrupuna daxil olan digər ölkələr də Azərbaycanın namizədliyini dəstəkləyəcək. Xoş niyyətin təzahürü olaraq, Azərbaycan Respublikası Ermənistanın Şərqi Avropa Qrupundan COP-un Büro üzvlüyünə namizədliyini dəstəkləyir.
Azərbaycan Respublikası və Ermənistan Respublikası yaxın gələcəkdə əlavə etimad quruculuğu tədbirlərinin həyata keçirilməsi üçün müzakirələri davam etdirəcəklər və beynəlxalq ictimaiyyəti iki ölkənin qarşılıqlı etimadın yaradılmasına töhfə verəcək, bütün Cənubi Qafqaz regionuna müsbət təsir göstərəcək səylərini dəstəkləməyə çağırırlar”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 5 gün sonra
-
30 d. əvvəl
Azərbaycanda bəzi bankların kart əməliyyatlarında texniki problem yaşanır
-
1 saat əvvəl
PAŞA Bank səhmlərinin ilkin kütləvi təklifinə həsr olunmuş “Açılış Zəngi” keçirilib
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azercell-in dəstəyi ilə müəllimlər üçün süni intellekt təlimlərinə start verilir
-
2 saat əvvəl
Neftin qiyməti ABŞ-İran müharibəsindən bir gün əvvəlki səviyyədən də aşağı həddə enib
- 2 saat əvvəl
-
3 saat əvvəl
Nazir pambıqçılığın inkişafına mane olan problemləri açıqlayıb
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
İcbari sığorta qanunvericiliyində yeni dəyişikliklər planlaşdırılır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
PAŞA Bank səhmlərinin ilkin kütləvi təklifinə həsr olunmuş “Açılış Zəngi” keçirilib
Azərbaycanın sığorta bazarı cüzi artıb
SİMA İmza ilə Birbank Biznes-də onlayn rahatlıq!
Nazir pambıqçılığın inkişafına mane olan problemləri açıqlayıb
Ən çox oxunanlar
"Əsas məsələ yalnız böyümə deyil. Ən böyük məqsədimiz sığortanın insanların həyatında daha çox yer tutmasıdır"
İyunun 25-də gözlənilən hava şəraiti
İcbari sığorta qanunvericiliyində yeni dəyişikliklər planlaşdırılır
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı
"Azərbaycan İstehlakçılar Şurası" yaradılıb
NEQSOL Academy SkillHub öyrənmə platformasını istifadəyə verib
"Unibank" "Finance in Motion" ilə 10 milyon avroluq saziş imzalayıb

























