VTB (Azərbaycan) vətəndaşlara öz biznesini açmağa kömək edib
Bu il VTB (Azərbaycan) ölkəmizin 8 vətəndaşına öz biznesini açmağa yardım edib.
VTB (Azərbaycan) 2020-ci ildən aztəminatlı ailələrə dəstək və onlar üçün kiçik bizneslərin yaradılmasına yönəlmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin proqramında fəal iştirak edir. Bu il ölkəmizin 8 sakini VTB Bankın dəstəyi ilə kiçik dərzi sexi, kişi bərbər salonu, dülgər sexi, PVC pəncərə və qapı istehsalı, un məmulatlar sexi açdılar və öz işlərinə başlaya bildilər.
"Bu gün ölkə bankları dövlətin sosial siyasətinin aparıcı qüvvələrindən biridir. VTB (Azərbaycan) üçün ölkəmizin ailələrinə ünvanlı yardım ən mühüm vəzifələrdən birinə çevrilib. Özünüməşğulluq proqramı çərcivəsində bank üç il ərzində 40-dan çox sakinə öz biznesini açmağa kömək edib. Müavinətlərdən fərqli olaraq, bu cür dövlət dəstəyi bir insanın çətin maliyyə vəziyyətindən çıxmasına və gəlir səviyyəsinin artırılmasına kömək edir. Biz gələn il də dövlət proqramında iştirakımızı davam etdirməyi, yeni biznes ideyaları dətəkləməyə planlaşdırırıq", - deyə VTB (Azərbaycan) Bankının İdarə Heyətinin üzvü, Korporativ biznesin inkişafı departamentinin direktoru Tural Hüseynov bildirib.
Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi "Özünüməşğulluq" proqramını 2017-ci ildən həyata keçirir. Nazirlik, Mərkəzi Bank və Banklar Assosiasiyasının birgə icra etdiyi “Özünüməşğulluğa dəstək - 2023” layihəsi üzrə işsiz şəxslərə aktivlərin verilməsi prosesi davam edib. Özünüməşğulluq proqramının genişləndirilməsində önəmli rol oynayan “Özünüməşğulluğa dəstək - 2023” layihəsinə 23 bank qoşulub. Banklar tərəfindən layihə üzrə 2023-cü ildə 300 işsiz şəxsin kiçik bizneslərinin yaradılması nəzərdə tutulub.
Bank VTB (Azərbaycan)-ın məhsul və xidmətləri haqqında ətraflı məlumatı https://www.vtb.az internet saytından və ya 986 qısa nömrəyə zəng etməklə əldə edə bilərsiz.
Müştərilərin xəbərləri
Wolt Azərbaycanda "Wolt+ Həftələri" kampaniyasını start verir - Üzvlərə xüsusi endirimlər və təkliflər təqdim olunur
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
- 3 saat əvvəl
-
3 saat əvvəl
“PAŞA Bank” səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
-
4 saat əvvəl
“Prime Cotton” beynəlxalq sertifikat portfelini daha da gücləndirir
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
“Azərşəkər”in sabiq rəhbəri və daha iki nəfərin məhkəməsi başlayıb
-
5 saat əvvəl
Venesuela neft satışından 300 milyon dollarlıq gəlir əldə edib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Trampdan Davosda mühüm açıqlamalar
"Moody’s" Azərbaycanın kredit profili üzrə rəyini açıqlayıb
BOKT illik 16% ilə borc alır
"FINCA Azerbaijan" 1 milyon dollar borc alır
Ən çox oxunanlar
“Azərşəkər”in sabiq rəhbəri və daha iki nəfərin məhkəməsi başlayıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Wolt Azərbaycanda "Wolt+ Həftələri" kampaniyasını start verir - Üzvlərə xüsusi endirimlər və təkliflər təqdim olunur
"Bizim məhsulu sata bilməməklə bağlı problemimiz yoxdur"























