Findoc platforması sahibkarlar üçün də istifadəyə açılıb
Azərbaycan Kredit Bürosu (Büro) tərəfindən hazırlanmış rəqəmsal kredit tarixçəsi platforması - Findoc portalında yeni xidmət istifadəyə təqdim edilib. Qabaqcıl beynəlxalq təcrübə əsasında hazırlanmış platformada artıq vətəndaşlarla yanaşı hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər də özləri barədə toplanmış bütün məlumatlara çıxış imkanı əldə edəcəklər.
Bu barədə Marja-ya Azərbaycan Kredit Bürosundan bildirilib.
Qeyd edilib ki. hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərin Findoc portalı tərəfindən təqdim edilən xidmətlərdən yararlanmaq üçün gücləndirilmiş elektron imza (Asan İmza) ilə https://findoc.az/ linkinə daxil olaraq razılıq ərizəsini imzalamaları tələb olunur.
Portal vasitəsilə müvafiq istifadəçilərə hal-hazırda təklif edilən xidmətlər aşağıdakılardır:
-kredit hesabatına baxış;
- kredit hesabatının PDF formatında əldə edilməsi;
- kredit hesabatının Asan İmza ilə imzalanmış formada əldə edilməsi;
- kredit hesabatının AKB-nin rəsmi emailindən digər e-mail ünvanına yönləndirilməsi;
- kredit tarixçəsinin mübahisələndirilməsi.
- Kredit hesabatı istifadəçilərə il ərzində iki dəfə tam ödənişsiz təqdim edilir.
Ödənişsiz sorğu limiti bitdikdən sonra göstərilən xidmətlərdən yararlanmaq üçün hər bir məhsul üzrə fərdi qaydada ödəniş və ya daha sərfəli olan abunəlik paketlərindən istifadə imkanı mövcuddur.
Müvafiq ödənişlər Portal üzərindən və nağdsız qaydada həyata keçirilir.
Portal real-vaxt rejimində, 7/24 əsaslarla fəaliyyət göstərir.
Xatırladaq ki, Büro 15 yanvar 2018-ci il tarixində yaradılmışdır. Büro müştərilərin kredit tarixçəsini təşkil edən məlumatları kredit təşkilatları ilə yanaşı daha geniş mənbələrdən, o cümlədən lizinq, sığorta, kommunal xidmətlər göstərən müəssisələrdən, nisyə mal alqı-satqısı həyata keçirən şirkətlərdən, habelə borc öhdəliyi ilə bağlı digər məlumat bazalarından toplanılmasını, saxlanılmasını, təhlilini, kredit hesabatlarının formalaşdırılmasını, borcalanlara fərdi reytinqlərin verilməsini və digər əlavə dəyər yaradan xidmətlərin həyata keçirilməsini təmin edən qurumdur.
Hazırda Büroya qoşulmuş təşkilatların sayı 230-dan artıqdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 13 saat sonra
-
-
2 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 8 saat əvvəl
-
9 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!






















