Broyler şirkətinin rəhbərliyi dəyişdirilir, "Mərcan"ın istehsalçısından böyük məbləğdə borc alır
“Cəlilabad Broyler” ASC “Mercan” brendilə toyuq əti istehsal edən “Azerbaijan Poultry Company” şirkətindən 10 milyon manat borc almağa hazırlaşır.05 yanvar 2024-cü il tarixində “Cəlilabad Broyler” Açıq Səhmdar Cəmiyyəti səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
Marja.az xəbər verir ki, yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxildir:
1. “Cəlilabad Broyler” ASC-nin Müşahidə Şurasının formalaşdırılması, sədr və üzvlərinin təyin edilməsi.
2. “Azerbaijan Poultry Company” MMC və “Cəlilabad Broyler” ASC arasında bağlanacaq 10 milyon manat məbləğində borc müqaviləsinin təsdiq olunması.
3. “Azerbaijan Poultry Company” MMC ilə bağlanacaq yetişdirmə sahələrinin, yem zavodunun və avtonəqliyyat vasitələrinin icarəsi müqaviləsinin təsdiq olunması.
4. “Cəlilabad Broyler” ASC-nin hüquqi ünvanının dəyişdirilməsi ilə bağlı qərarın qəbul edilməsi.
Səhmdarların şəxsiyyətlərini təsdiq edən sənəd vacibdir. S
Yığıncaq Bakı şəhəri, Nizami rayonu, Əli Vəliyev 1 ünvanında keçiriləcək.
“Azerbaijan Poultry Company” MMC şirkəti "Mərcan" məhsullarının istehsalçısıdır.
1997-ci ildə dövlət qeydiyyatına alınmış “Cəlilabad Broyler” ASC-nin hüquqi ünvanı Cəlilabad şəhəri, 20 Yanvar küç, 1-dir. 849 min 238 manat nizamnamə kapitalına malik olan şirkətin sədri Gülmuradov Elvin Elnur oğludur.
2012-ciildə dövlət qeydiyyatına alınmış “Azerbaijan Poultry Company” MMC-nin hüquqi ünvanı Ucar rayonu, Alpout kəndidir. 64 milyon 995 min 200 manat nizamnamə kapitalına malik olan şirkətin direktoru Hacıyev Pərviz Yaqub oğludur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
4 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
4 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
5 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
6 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 6 saat əvvəl
-
6 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb




















.jpg)



