“Xonça” Peşələr Festivalında iştirak edib
“Araz” supermarketlər şəbəkəsinin “Xonça” fabriki Peşələr Festivalında iştirak edib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən ölkəmizdə ikinci dəfə təşkil edilən Peşələr Festivalına Bakıda yekun vurulub.
Qafqazın böyük şirniyyat istehsal fabriklərindən olan “Xonça” festivalda 40 çeşiddə 1000-dən çox məhsul nümayiş etdirib. İştirakçılara məhsullar və onların hazırlanması barədə məlumatlar verilib. “Xonça”nın texnoloqları peşə seçimi mərhələsində olan gənclər üçün ustad təlimi keçiblər. Master-klasda şokoladlı, çiyələkli və meşə giləmeyvəli 3 növ desert hazırlanıb.
Tədbirdə iştirak edən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, gənclər və idman naziri Fərid Qayıbov, Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, Milli Məclisin sədr müavini Adil Əliyev və digər millət vəkilləri, eləcə də universitet rektorları “Xonça”nın qonağı olublar. Onlara “Xonça”nın un və şirniyyat məmulatları təqdim edilib, hazırlanması texnologiyası barədə məlumat verilib. “Xonça”nın peşəkar komandası tərəfindən ərsəyə gələn məhsullar Festival iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.
Xatırladaq ki, il ərzində 8 000 ton məhsul istehsal edilən “Xonça” fabrikində 200 növdən çox şirniyyat və un məmulatları istehsalı, həmçinin ketrinq xidmətləri fəaliyyət göstərir. Fransa, Almaniya, Avstriya, Rusiya və Ukraynada xüsusi təlim keçmiş texnoloqlar və işçi heyəti ilə çalışan fabrikdə müxtəlif növ ətirli çörəklər, bulkalar, Şərq və Avropa kulinariyasına məxsus tort və şirniyyatlar, paketli hazır məhsullar hazırlanır. Hazırda “Xonça” məhsulları Veysəloğlu Şirkətlər Qrupunun “Araz” və “Spar” mağazalarında alıcılara təqdim olunur, həmçinin ölkənin böyük korporativ şirkətləri, beş ulduzlu hotellərini müxtəlif məhsullarla təmin edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
- 1 d. əvvəl
- 20 d. əvvəl
-
26 d. əvvəl
"Bank Respublika"nın nizamnamə kapitalının artırılması müzakirə ediləcək
- 48 d. əvvəl
-
58 d. əvvəl
Putin və Tramp 1,5 saatdan çox telefon danışığı aparıb - ƏSAS MƏQAMLAR
- 1 saat əvvəl
-
12 saat əvvəl
Danimarka şirkəti tərəfindən Azərbaycanda külək turbinlərinin istehsalı nəzərdən keçirilib
-
15 saat əvvəl
Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib, protokol imzalanıb
- 15 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 13 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Tramp: “İran təslim olmaq məcburiyyətindədir”
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 14 GÜN
Ən çox oxunanlar
Danimarka şirkəti tərəfindən Azərbaycanda külək turbinlərinin istehsalı nəzərdən keçirilib
Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib, protokol imzalanıb
Rusiya OPEC+da qalmağa davam edəcəyini açıqlayıb
İranın pul vahidi dollar qarşısında tarixi minimumda






.jpg)








.jpg)










