Françayzinq Dəstək Proqramının təqdimatı keçirilib - 20 sahibkara ödənişsiz xidmətlər göstəriləcək
Françayzinq Dəstək Proqramı (FDP) çərçivəsində 20 milli brendimizə françayzinq biznes modeli tətbiq olunaraq 3 milyon investor-françayzilərə təqdim olunacaq.Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) rəsmi tərəfdaşlığı ilə Azərbaycan Françayzinq Mərkəzi (AFM) tərəfindən inkişaf etdirilən Françayzinq Dəstək Proqramının (FDP) təqdimat mərasimi keçirilib.
28 noyabr 2023-cü il tarixində Bakı KOB Evində baş tutan tədbirdə 50-yə yaxın sahibkara françayzinq biznes modelinin üstünlükləri və Françayzinq Dəstək Proqramı haqqında ətraflı məlumat verilib.
Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) sədr müavini Hikmət Məmmədov françayzinq sahəsinin ölkəmizin iqtisadiyyatının və sahibkarlığın inkişafına böyük töhfə verəcəyinə inandığını və uzun illər bu sahədə böyük təcrübəsi olan Elnur İslamovun başlatdığı bu təşəbbüsün uğurlu olacağını, eləcə də KOBİA olaraq daim dəstək verəcəklərini bildirib.
Daha sonra Azərbaycan Françayzinq Mərkəzinin (AFM) direktoru, françayzinq üzrə ekspert Elnur İslamov geniş təqdimatla çıxış edib. O, AFM-nin amalının KOBİA-nın rəsmi tərəfdaşlığı ilə ölkəmizdə françayzinq ekosistemi formalaşdıraraq dayanıqlı bizneslərin və milli brendlərin yerli və xarici bazarlarda inkişafına töhfə vermək olduğunu bildirib.
Elnur İslamov həmçinin qeyd edib ki, françayzinq ölkəmiz üçün yeni bir biznes modeli kimi, o cümlədən dayanıqlı milli bizneslərin formalaşması, “Made in Azerbaijan” hərakatı, yeni iş yerlərinin açılması, ÜDM-nin artırılması , eləcə də dünya üzrə təqribən 4 trilyon ABŞ dollarlıq bazarlarda milli brendlərimizin də fəaliyyət göstərməyi baxımından çox perspektivli sahədir. Təqdimat zamanı ölkəmizdə françayzinq haqqında məlumatlılığın az olması, peşəkar biznes idarəetmədəki çatışmazlıqlar, maliyyə (biznes kredit) resursların baha olması, qeydiyyatdan keçmiş əmtəə nişanlarının (TM) az olması kimi məsələlər diqqətə çatdırılıb, bu sahədə AFM tərəfindən maraqlı layihələrin inkişaf etdirildiyi və proqram çərçivəsində, silsilə tədbirlərlə mərhələli şəkildə icra olunacağı bildirilib.
Proqramın koordinatoru Elnur İslamov məqsədinin əzmkar sahibkarlarımızla birgə, françayzinq modeli ilə bizneslərin yerli və qlobal bazarlara satışına nail olaraq 5 ildə 100 milli brendimizlə 100 şirkətin gəlirlərini 1 milyard ABŞ dollara çıxarmaq olduğunu xüsusi vurğulayıb.
Qeyd edək ki, dayanıqlı bizneslərin formalaşdırılması və milli brendləşmənin dəstəklənməsi məqsədi daşıyan FDP brendləşməyə uyğun meyarlarla seçiləcək 20 sahibkara ölkə daxili və xarici bazarlarda inkişaf etmək üçün françayzinq üzrə yerli və beynəlxalq ekspertlər tərəfindən təqdim edilən ödənişsiz silsilə konsaltinq və marketinq xidmətlərini ehtiva edir. Bundan əlavə, ilk iyirmiliyə seçilə bilməyən sahibkarlara çatışmazlıqları ilə bağlı konsaltinq və təlim xidmətləri də təqdim olunaraq yerli və qlobal bazarlarda böyümələrinə davamlı dəstək olunacaq.
Müştərilərin xəbərləri
Wolt Azərbaycanda "Wolt+ Həftələri" kampaniyasını start verir - Üzvlərə xüsusi endirimlər və təkliflər təqdim olunur
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
- 2 saat əvvəl
-
2 saat əvvəl
“PAŞA Bank” səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
-
2 saat əvvəl
“Prime Cotton” beynəlxalq sertifikat portfelini daha da gücləndirir
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
“Azərşəkər”in sabiq rəhbəri və daha iki nəfərin məhkəməsi başlayıb
-
3 saat əvvəl
Venesuela neft satışından 300 milyon dollarlıq gəlir əldə edib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Trampdan Davosda mühüm açıqlamalar
"Moody’s" Azərbaycanın kredit profili üzrə rəyini açıqlayıb
BOKT illik 16% ilə borc alır
"FINCA Azerbaijan" 1 milyon dollar borc alır
Ən çox oxunanlar
“Azərşəkər”in sabiq rəhbəri və daha iki nəfərin məhkəməsi başlayıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Wolt Azərbaycanda "Wolt+ Həftələri" kampaniyasını start verir - Üzvlərə xüsusi endirimlər və təkliflər təqdim olunur
"Bizim məhsulu sata bilməməklə bağlı problemimiz yoxdur"




















