Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

ARDNF-in müsabiqəsində ADA Universitetinin komandası 1-ci yeri tutub, 7000 manat əldə edib

ARDNF-də “Uğurlu Səhm” müsabiqəsinin final mərhələsi baş tutub
iç səhifə xəbər başlığı altı (mobil)_31
ARDNF-in müsabiqəsində ADA Universitetinin komandası 1-ci yeri tutub, 7000 manat əldə edib

23 noyabr tarixində Azərbaycan Respublikası Dövlət Neft Fondunda (ARDNF) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş tədbirlər planı çərçivəsində tələbələr arasında keçirilən “Uğurlu Səhm” (“Stock Pitch”) müsabiqəsinin final mərhələsi baş tutub.

“Stock pitch” səhm üzrə investisiya ideyasının xülasəsidir. Bu müsabiqədə iştirakçı komandalardan tələb olunan xüsusiyyətlərə uyğun səhmin seçimi, həmin səhm üzrə kəmiyyət və keyfiyyət göstəricilərini nəzərə alaraq təhlillərin həyata keçirilməsi və təhlilin nəticəsinin investisiya təklifi kimi inandırıcı şəkildə təqdim edilməsi tələb olunur.

Reklam_3_11

Tədbirdə çıxış edən ARDNF-nin İcraçı direktorunun müşaviri Bəhruz Bəhramov Azərbaycan xalqının müasir dövlətçilik tarixinin formalaşmasında və inkişafında əvəzsiz rolu və xidmətləri olan Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü çərçivəsində il ərzində Fondda keçirilən tədbirlərdən söz açıb. Bəhruz Bəhramov bildirib ki, Dövlət Neft Fondu olaraq, ölkənin gənc kadr potensialının inkişafına töhfə verərək, tələbə və məzunların xalqımız qarşısında mühüm missiya daşıyan investisiya qurumunda təcrübə proqramlarından və iş imkanlarından yararlanması üçün şərait yaratmaqdan məmnunuq.

ARDNF-nin İcraçı direktorunun müşaviri Nərgiz Nəsrullayeva-Müdüroğlu isə ”ESG” (ətraf mühit, sosial sahə, korporativ idarəetmə) prinsipləri, onların tətbiq imkanları və ARDNF-nin bu konsepsiyaya yanaşması mövzusunda çıxış edib.

Tədbir müddətində finalçılarla görüş keçirən ARDNF-nin İçraçı direktoru İsrafil Məmmədov tələbələrlə onların təhsil və karyera hədəfləri barədə müzakirə aparıb. Tələbələrin suallarını cavablayan İcraçı direktor, onları təbrik edib və öz tövsiyyələrini bölüşüb.

Müsabiqədə iştirak etmək üçün ümumi sayı 28 olmaqla, 16 yerli, 12 isə xarici universitetdə təhsil alan tələbə və məzunlardan ibarət 62 komanda müraciət edib. 20 noyabr tarixində keçirilmiş yarımfinal mərhələsində iştirak imkanı əldə edən 8 komandadan 4-ü finala vəsiqə qazanıb. Müsabiqə zamanı komandaların təqdimatları, investisiya seçimi və analitik təhlil bacarıqları, eyni zamanda sual-cavab hissəsinə hazırlıqları münsiflər heyəti tərəfindən dəyərləndirilib.

Birinci yer uğrunda mübarizədə münsiflər heyətinin qərarı ilə “Team Markowitz” komandası (ADA Universiteti) qalib gəlmiş və 7000 AZN, II yerin qalibi “Cash me if you can” komandası və III yerin qalibi “Birja Turtles” komandası ( Azərbaycan Dövlət İqtisad Universiteti) isə müvafiq olaraq 5000 AZN və 3000 AZN məbləğində pul mükafatı əldə etmişlər. Müsabiqənin qalib iştirakçılarına sertifikatlar və medallar təqdim edilib.

Team Markowitz Cash me if you can Birja Turtles
23.11.2023 17:36

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ