Mərkəzi Bankın işçiləri etiraz aksiyası keçirir
İngiltərə Mərkəzi Bankının (BoE) əməkdaşları, bank rəhbərliyi ilə maaşların artırılmasına dair danışıqların nəticəsiz qalmasından sonra bu gündən etibarən üç günlük tətilə başlayıblar.
"Marja" xəbər verir ki, İngiltərənin həmkarlar ittifaqı "Unite"dən verilən açıqlamada, BoE işçilərinə təklif edilən 1 faiz səviyyəsində maaş artımı illik inflyasiya nisbətindən aşağıdır. Bu səbəbdən 2 Avqustdan etibarən üç günlük tətilə getmək qərarı verilib.
Açıqlamada, Bankın işçilərinə həmkarlar ittifaqının razılığını almadan təklif etdiyi maaş artımının "gülünc" olduğu bildirilib.
Aralarında təhlükəsizlik, təmizlik və resepşın xidmətlərini görən işçilərin də olduğu bir qrup günortan saatlarında bankın yerləşdiyi Londonun maliyyə mərkəzi "The City of London"da toplaşaraq bankın pul siyasətinə etiraz ediblər.
BoE-dən məsələ ilə bağlı verilən açıqlamada isə bankın xidmətlərinin mənfi təsir görməməsi üçün lazımi tədbirlərin görüldüyü, həmkarlar ittifaqları "Unite" ilə məsələyə dair danışıqların davam etdirilməsi üçün hazır olunduğu qeyd edilib.
İngiltərədə keçən ay illik inflyasiya 2,6 faiz səviyyəsində olmuşdu.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
-
2 d. əvvəl
“Bağçalı” otelinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub
-
- 5 d. əvvəl
- 10 d. əvvəl
- 15 d. əvvəl
- 23 d. əvvəl
- 43 d. əvvəl
- 59 d. əvvəl
-
1 saat əvvəl
Bu gün Azərbaycandan Ermənistana 22 vaqon dizel yanacağı ixrac olunacaq
-
1 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan”ın kredit portfeli biznes kreditləri hesabına artıb
-
2 saat əvvəl
Əhalinin borc yükü və istehlak kreditləri üzrə qeyri-işlək portfel artıb
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
Çinin ixracı yavaşlayıb
İnvestisiya şirkətlərinin xalis mənfəəti azalıb
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Bank sektorunda təmərküzləşmə azalıb
Sığorta sektorunun zərərlilik dərəcəsi artıb
BOKT sektorunun xalis kredit portfeli 30 faizə yaxın artıb
"Expressbank" 2026-cı ilin ilk rübündə mənfəətini artırıb
Tramp: Hörmüz boğazında blokadanı yarmağa çalışacaq İran gəmiləri dərhal məhv ediləcək
ABŞ-ın Hörmüz boğazında İrana qarşı blokadası qüvvəyə minib














.jpg)






