Türkiyə Mərkəzi Bankı faizini daha da artırdı - LİRƏYƏ TƏSİR EDƏ BİLƏCƏK QƏRAR
Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini 35%-dən 40%-ə qaldırdığını açıqlayıb.Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı (TCMB) uçot dərəcəsini 5 faiz bəndi artıraraq 40 faizə qaldırıb.
Marja xəbər verir ki, iqtisadçıların proqnozu TCMB-nin faizini 2,50 faiz bəndi artıraraq 35 faizdən 37,50 faizə yüksəldəcəyi istiqamətində idi.
JPMorgan, Morgan Stanley və SocGen kimi xarici qurumlar da bu iclasda TCMB-nin siyasət faizini 2,50 faiz bəndi artıracağını proqnozlaşdırmışdılar.
TCMB faiz dərəcəsinin 7,50 faiz bənd artırılmasına qərar verildiyi Avqust iclası ilə sərt pul siyasətində aqressiv addımlar atıb, sentyabr və oktyabr aylarında isə siyasət faizini 5 bənd artırıb.
"Oktyabr ayında bir qədər azalan əsas inflyasiya son İnflyasiya Hesabatında təqdim olunan proqnoza uyğundur. Daxili tələbin hazırkı səviyyəsi, xidmət qiymətlərindəki artım və geosiyasi risklər inflyasiya təzyiqlərini canlı saxlayır. Digər tərəfdən, göstəricilər monetar sərtləşdirmənin maliyyə şəraitində və daxili siyasətdə əks olunduğunu göstərir ki, İdarə Heyəti hesab edir ki, xarici maliyyələşdirmə şərtlərinin yaxşılaşması, ehtiyatlarda davam edən artım, tələbin tarazlaşdırılmasının cari hesabı dəstəkləməsi, türk lirəsi aktivlərinə daxili və xarici tələbatın artması məzənnə sabitliyinə və pul siyasətinin effektivliyinə güclü töhfə verir. Bu kontekstdə aylıq inflyasiyanın əsas tendensiyasında azalma müşahidə olunur.
İdarə Heyəti dezinflyasiya yaratmaq üçün tələb olunan monetar sərtlik səviyyəsinə əhəmiyyətli dərəcədə yaxınlaşdığını qiymətləndirdi. Bu çərçivədə faizin artırılması sürəti aşağı salınacaq və sərt pul siyasəti addımları qısa müddətdə tamamlanacaq.
“İdarə heyəti, sərt pul siyasətinin məcmu və gecikmiş təsirlərini nəzərə alaraq, inflyasiyanın əsas tendensiyasını azaldacaq və ortamüddətli dövrdə 5 faiz hədəfinə salacaq pul və maliyyə şərtlərini təmin edəcək şəkildə siyasət qərarlarını müəyyən etməyə davam edəcək",- TCMB-nin press-relizində bildirilir.
Oktyabr ayında inflyasiya yavaşlayıb
Oktyabr ayında Türkiyədə istehlak qiymətləri indeksi aylıq 3,43 faiz artdığı halda, illik 61,36 faiz təşkil edib.
TCMB sədri Hafize Gaye Erkan, noyabr ayının əvvəlində keçirilən inflyasiya hesabatı yığıncağında, inflyasiyanın aylıq olaraq yavaşlamaya başladığını, bununla belə, o, inflyasiyanın proqnozunda əhəmiyyətli yaxşılaşmanın olduğunu söyləmək üçün hələ tez olduğunu bildirib.
TCMB proqnozlarına görə, illik inflyasiya may ayında 70 faizdən bir qədər yuxarıya çatdıqdan sonra 2024-cü ilin sonuna kimi 36 faizə enəcək.
Mərkəzi Bankın qərarından sonra Dollar/TL məzənnəsi 0,3 faiz dəşərək 28,76 lirə səviyyələrinə geriləyib ().saat 15:20-yə olan məlumat
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 1 gün sonra
-
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib
-
9 saat əvvəl
"Xaricdə verilmiş uyğunluq sənədləri Azərbaycanda tanınacaq"
-
10 saat əvvəl
"BQ" şirkətinin 15% gəlir təklif edən istiqrazları ticarətə buraxılacaq
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
"Aston Martin" əməkdaşlarının 20%-ni ixtisar edəcək
Belə Şad Günlər hələ olmayıb! - YALNIZ 3 GÜN
4500 ton dizel yanacağı Ermənistana göndərilir
"Azərbaycan benzini Ermənistanda çox sürətlə satılır"
Ən çox oxunanlar
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib
"Xaricdə verilmiş uyğunluq sənədləri Azərbaycanda tanınacaq"
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Papoyan: Azərbaycan Ermənistana ixrac edə biləcəyi çoxsaylı malların siyahısını təqdim edib
“Kristal” parket və laminat bazarında TOP istehsalçılardan biri olan HARO ilə memorandum imzaladı!























