"Salesforce" "OpenAI"dən işdən çıxanlara iş təklif edir
Bulud əsaslı proqram təminatı şirkəti "Salesforce"un Baş İcraçı Direktoru (CEO) Mark Benioff, süni intellekt şirkəti "OpenAI"nin baş direktoru Sam Altmanın istefasından sonra "OpenAI"dəki vəzifələrindən istefa verənlərə iş təklif edib.
Marja xəbər verir ki, Benioff "X" hesabındakı paylaşımında "OpenAI"dan işçdən çıxanların "Einstein" adlı süni intellekt platformalarında işləyə biləcəklərini bildirib.
Təklif oluna biləcək imkanlardan danışan Benioff "OpenAI"dan ayrılanlardan CV-lərini ona elektron poçt vasitəsilə göndərmələrini xahiş edib.
"OpenAI"nin Direktorlar Şurasının cümə günü yaydığı açıqlamada, aparılmış araşdırmalardan sonra Sam Altmanın istefa verdiyi və "idarə heyətinin Altmanın "OpenAI"yə rəhbərlik etməyə davam etmək qabiliyyətinə artıq inamı qalmayıb" deyilib.
ABŞ mətbuatında Altmanın yeni süni intellekt şirkəti qura biləcəyi və ya "OpenAI"ə qayıda biləcəyi xəbərləri yayılsa da, Altmanın İdarə Heyətinin sədri vəzifəsinə qaytarılmaması halında bəzi "OpenAI" işçilərinin istefa verməyi düşündüyü qeyd edilib.
"Microsoft"un Baş direktoru Satya Nadella, Altmanın yeni qabaqcıl süni intellekt tədqiqat komandasına rəhbərlik etmək üçün "Microsoft"a qoşulacağını açıqlayıb.
"OpenAI" işçiləri, Direktorlar şurasını, "işdən çıxıb şirkətin ən böyük investoru olan Microsoft-da işləməklə" hədələyiblər. İşçilər Direktorlar şurasının istefasını istəyirlər.
Şirkətin bir çox işçisi "OpenAI"nin direktorlar şurasına ünvanladıqları məktubda, onlar, “səriştəsiz, mühakimə qabiliyyəti olmayan və şirkətin missiyasına və işçilərinə qayğı göstərməyən şəxslərlə" işləyə bilməyəcəklərini qeyd ediblər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
- 7 d. əvvəl
-
- 15 d. əvvəl
- 35 d. əvvəl
- 51 d. əvvəl
-
52 d. əvvəl
Bu gün Azərbaycandan Ermənistana 22 vaqon dizel yanacağı ixrac olunacaq
-
1 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan”ın kredit portfeli biznes kreditləri hesabına artıb
-
1 saat əvvəl
Əhalinin borc yükü və istehlak kreditləri üzrə qeyri-işlək portfel artıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
Azərbaycan neftinin son qiyməti
İnvestisiya şirkətlərinin xalis mənfəəti azalıb
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Bank sektorunda təmərküzləşmə azalıb
Sığorta sektorunun zərərlilik dərəcəsi artıb
BOKT sektorunun xalis kredit portfeli 30 faizə yaxın artıb
"Expressbank" 2026-cı ilin ilk rübündə mənfəətini artırıb
Tramp: Hörmüz boğazında blokadanı yarmağa çalışacaq İran gəmiləri dərhal məhv ediləcək
ABŞ-ın Hörmüz boğazında İrana qarşı blokadası qüvvəyə minib
PAŞA Kapital ilə PAŞA Bank səhmdarı ol




.jpg)







.jpg)







