Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

“Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı-2023” ün qalibləri mükafatlandırıldı

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı-2023” ün qalibləri  mükafatlandırıldı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

(®) Xəbər verdiyimiz kimi cəmiyyətimizin həyatına dəyər qatan Qırmızı Ürəklər Fondu növbəti “Onu oxut” aksiyasına start vermişdi. “Qırmızı Ürəklər Təhsil Təqaüdü Proqramı” çərçivəsində həyata keçirilən ianə aksiyasının məqsədi 600 baldan yüksək nəticə göstərərək ali məktəbə daxil olan sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrə dəstək olmaqdır. Aksiya çərçivəsində 30 dan çox tələbə təqaüd üçün müraciət etdi və onlardan 25 nəfəri təqaüd proqramının qalibi oldu. 

Ötən gün isə fondun rəsmi nümayəndələrinin, tələbələrin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə qaliblərin mükafatlandırma mərasimi keçirildi. Tədbiri çıxış sözü ilə açan Fondun prezidenti Sevda Haqverdiyeva donorlara təşəkkür etdi. “Ötən ilə nisbətən bu il daha çox tələbəyə təqaüd vermək bizim üçün qürurvericidir. Əlbəttə ki, biz bunu xeyirxah insanları ianələri hesabına edirik. Ona görə də bizə dəstək olan hər kəsə xüsusən də 10 nəfər tələbənin təqaüdünü qarşılayan Kapital Bank-a təşəkkür edirəm”. 

Kapital Bank-ın Marketinq Ekspert Mərkəzinin lideri Günel Mavliyarova isə bildirdi ki, “Kapital Bank olaraq təhsilin cəmiyyət üçün nə qədər həssas və vacib mövzu olduğunun fərqindəyik və buna görə də təhsilə dəstək bizim üçün xüsusi istiqamətdir. İnanırıq ki, gənclərimiz bu dəstəyi dəyərləndirərək, şəxsi inkişaflarına daha çox önəm verəcək, gələcəkdə peşəkar mütəxəssis kimi cəmiyyətimiz, ölkəmiz üçün faydalı işlər görəcəklər”. 

Xatırladaq ki, “Qırmızı Ürəklər Təhsil Təqaüdü Proqramı” çərçivəsində fond tərəfindən ölkənin müxtəlif ali məktəblərində təhsil alan 25 aztəminatlı tələbəyə hər ay 150 AZN dəyərində təqaüd veriləcək. 

“Qırmızı Ürəklər” Fondu 2019-cu ildə Kapital Bank-ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. Hazırda Fond kimi fəaliyyətini davam edən təşkilat, əsasən uşaq evlərinə, sığınacaqlara və digər ehtiyacı olanlara yardımlar edir. https://redhearts.az

saytına daxil olmaqla fondun fəaliyyəti, gördüyü xeyirxah işlər, gələcək planları və digər maraqlı məlumatları əldə etmək, həmçinin “Cəmiyyət” bölməsinə daxil olub ianələr etmək olar.

20.11.2023 13:26

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ