Açıqlama yaydı, dəyərindən 20 milyard dollar itirdi
Çinin "Alibaba Group" şirkətinin səhmləri bu gün səhər Honq-Konq birjasında 10% ucuzlaşıb və texnologiya nəhənginin bazar dəyərindən təxminən 20 milyard dollar silinib.
Marja.az xəbər verir ki, buna ABŞ-ın süni intellekt proqramlarında istifadə edilən yarımkeçiricilərin Çinə ixracına məhdudiyyətlər qoyması səbəb olub. "Alibaba Group" məhdudiyyətlət ilə əlaqədar qeyri-müəyyənlikləri əsas gətirərək bulud biznesini bölmək və səhmlərinin ilkin kütləvi təklifini (İPO) həyata keçirmək planlarını ləğv edib.
Strategiyanın ləğvi elan edildikdən sonra "Alibaba Group" şirkətinin səhmləri dəyər itirib. Şirkətin ABŞ-dakı qiymətli kağızları 9% ucuzlaşıb.
Analitiklər bildirir ki, "AliCloud"un ləğvi mənfi sürprizdir.
Vaşinqtonun oktyabr ayında elan etdiyi ABŞ-dan Çinə ixrac məhdudiyyətləri ilə bağlı narahatlıqları, bu həftə Çin sosial media və oyun şirkəti "Tencent Holdings" şirkəti tərəfindən də qaldırılıb. Şirkət yerli istehsal alternativləri axtaracağını bəyan edib.
Bir vaxtlar Asiyanın ən bahalı səhmləri olan Alibaba səhmləri, 2020-ci ilin oktyabrında ən yüksək zirvəsində olanda Şirkətin bazar dəyəri təxminən 830 milyard dollar idi. Lakin e-ticarət şirkəti Pekinin texnologiya sektorunun repressiyasında mərkəzi yer tutduğundan və Çin iqtisadiyyatı yavaşladığından indi həmin məbləğin dörddə birdən az (217 milyard dollar) dəyərdədir.
Çinin texnoloji şirkətləri daha geniş maneələr ilə üzləşirlər, ixrac məhdudiyyətləri onların ABŞ şirkətlərindən mühüm çiplərin almasını çətinləşdirir.
Mart ayında Alibaba bulud biznesini 24 illik tarixində şirkəti 6 hissəyə bölən ən böyük restrukturizasiyanın bir hissəsi kimi qurmaq planlarını açıqlamışdı.
Analitiklər o zaman bulud bölməsinin 41-60 milyard dollar dəyərində ola biləcəyini təxmin etmişdilər.
Analitiklər qeyd edir ki, çip qadağası onun məhsul və xidmətlər təklif etmək qabiliyyətinə əhəmiyyətli və mənfi təsir göstərə bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
- 6 d. əvvəl
-
- 14 d. əvvəl
- 34 d. əvvəl
- 50 d. əvvəl
-
51 d. əvvəl
Bu gün Azərbaycandan Ermənistana 22 vaqon dizel yanacağı ixrac olunacaq
-
1 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan”ın kredit portfeli biznes kreditləri hesabına artıb
-
1 saat əvvəl
Əhalinin borc yükü və istehlak kreditləri üzrə qeyri-işlək portfel artıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
Azərbaycan neftinin son qiyməti
İnvestisiya şirkətlərinin xalis mənfəəti azalıb
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Bank sektorunda təmərküzləşmə azalıb
Sığorta sektorunun zərərlilik dərəcəsi artıb
BOKT sektorunun xalis kredit portfeli 30 faizə yaxın artıb
"Expressbank" 2026-cı ilin ilk rübündə mənfəətini artırıb
Tramp: Hörmüz boğazında blokadanı yarmağa çalışacaq İran gəmiləri dərhal məhv ediləcək
ABŞ-ın Hörmüz boğazında İrana qarşı blokadası qüvvəyə minib
PAŞA Kapital ilə PAŞA Bank səhmdarı ol





.jpg)








.jpg)





