Qlobal bazarlarda texnologiya təzyiqi
Alibaba, süni intellektin inkişafı üçün vacib olan çiplərin alınması ilə bağlı qeyri-müəyyənliyi əsas gətirərək, artıq bulud biznesinin planlaşdırılmış bölünməsinə davam etmədiyini söyləyib. E-ticarət nəhəngi bulud bölməsi üçün planlaşdırılmış IPO-dan imtina edib.Çin şirkəti "Alibaba" bulud bölməsi üçün IPO planından (səhmlərin ilkin kütləvi təklifindən) imtina edib, çip istehsalçısı "Applied Materials"a cinayət işi açılıb, araşdırma başlayıb.
Marja.az xəbər verir ki, texnologiya sektorundan gələn bu xəbərlər qlobal bazarlarda risk iştahını boğub.
"Alibaba" bulud biznesində IPO planlarını geri götürdüyü üçün, bu səhər şirkətin səhmləri və Asiya birjaları ucuzlaşır. Honq Konqun Hang Seng indeksi 2 faiz düşüb. MSCI Asia Pacific Index də geriləyib.
ABŞ və Çin arasında texnologiyada üstünlük uğrunda artan mübarizə indiyə qədər korporativ strategiyada ən təəccüblü dəyişikliklərdən birinə səbəb olub. Cümə axşamı günü Alibaba Group Holding Ltd 11 milyard dollarlıq bulud biznesini bölərək ictimaiyyətə təqdim etmək (İPO) planlarından geri addım atıb.
Bu xəbərdən sonra Alibaba səhmləri Nyu-York-da əməliyyatlarında 9,1 faiz ucuzlaşıb, şirkətin bazar dəyəri isə 20 milyard dollardan çox əriyib. Çin e-ticarət nəhəngi ABŞ-ın çip ixracına qoyulan məhdudiyyətlər səbəbindən Honq-Konq birjasında erkən ticarətdə dəyərinin təxminən 10 faizini itirib.
"Reuters" agentliyi çip istehsalçısı "Applied Materials"ın Çinə ixrac məhdudiyyətlərini pozduğuna görə ABŞ-da cinayət təhqiqatı ilə üzləşdiyi barədə xəbər yaydıqdan sonra səhmləri ucuzlaşıb. Xəbərə görə, şirkət Çinin ən böyük çip istehsalçısı "Semiconductor Manufacturing International" ilə bağladığı müqavilələrə görə Ədliyyə Nazirliyi tərəfindən araşdırılır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
- 6 d. əvvəl
-
- 14 d. əvvəl
- 34 d. əvvəl
- 50 d. əvvəl
-
51 d. əvvəl
Bu gün Azərbaycandan Ermənistana 22 vaqon dizel yanacağı ixrac olunacaq
-
1 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan”ın kredit portfeli biznes kreditləri hesabına artıb
-
1 saat əvvəl
Əhalinin borc yükü və istehlak kreditləri üzrə qeyri-işlək portfel artıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
Azərbaycan neftinin son qiyməti
İnvestisiya şirkətlərinin xalis mənfəəti azalıb
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Bank sektorunda təmərküzləşmə azalıb
Sığorta sektorunun zərərlilik dərəcəsi artıb
BOKT sektorunun xalis kredit portfeli 30 faizə yaxın artıb
"Expressbank" 2026-cı ilin ilk rübündə mənfəətini artırıb
Tramp: Hörmüz boğazında blokadanı yarmağa çalışacaq İran gəmiləri dərhal məhv ediləcək
ABŞ-ın Hörmüz boğazında İrana qarşı blokadası qüvvəyə minib
PAŞA Kapital ilə PAŞA Bank səhmdarı ol





.jpg)








.jpg)






