VOLT AVTO arzuları gerçəyə çevirir: DFSK E5 modeli artıq Azərbaycanda - QİYMƏT
Azərbaycanın ən qabaqcıl avtomobil idxalçılarından biri olan VOLT AVTO-da növbəti bir ilk!(®) Elektrik avtomobil idxalçısı olan VOLT AVTO arzuları əlçatan etməyə davam edir: DFSK E5 modeli rəsmi olaraq Azərbaycanda!
Bu yaxınlarda Çində təntənəli təqdimat mərasimi keçirilən E5 SUV avtomobilini artıq VOLT AVTO-da əldə etmək mümkündür.
DFSK-nın tamamilə yeni modeli olan E5 SUV avtomobili orta ölçülü yolsuzluq avtomobili hesab olunur. Avtomobil hazırda dünyada, eləcə də ölkəmizdə ən çox tələbatlardan biri olan plug-in hibrid texnologiyasına (17.52 kwh battareyalı) əsaslanır.
Məlumat üçün bildirək ki, plug-in hibrid texnologiyasına malik avtomobillərdə həm elektrik, həm də benzin mühərriki olur. Avtomobillərdə hər iki özəlliyin olması onun səmərəliliyinin artırılmasına xidmət edir.
E5 SUV avtomobilin maksimal elektrik məsafəsi 87 km, ümumi kilometrajı isə 1150 km-ə bərabərdir ki, bu da modelin üstünlüklərindən hesab olunur.
Sözügedən modeldə bütövlükdə sadə dizayn üslubuna üstünlük verilib. Belə ki, 4760 mm uzunluğunda olan E5 SUV avtomobilinin eni 1865 mm, uzunluğu isə 1710 mm-dir. Avtomobil 7 nəfərlik olmaqla 5+2 dizayn quruluşuna malikdir. Əlavə olaraq, qabaq oturacaqlar arxaya 165 dərəcə qatlana bilir və əlavə yer təmin etmək üçün ikinci və üçüncü sıraların alternativ formalara salınması mümkündür. Alternativ formalar avtomobilin baqajının daha geniş olmasına şərait yaradır. Həmçinin avtomobildə 360 dərəcəlik kamera, 1,5 atmosfer gücünə malik mühərrik və həmçinin naqilsiz enerji yığmaq funksiyası mövcuddur.
E5 SUV modeli iki dirsəkli çoxfunksiyalı sükan çarxı və tam LCD alətdən ibarət inteqrasiya olunmuş mərkəzi idarəetmə ekranı ilə təchiz edilib. Qabaq oturacaqlarda həm soyutma, həm də isitmə sistemi mövcuddur. Bundan əlavə, yeni avtomobil intellektual hava təmizləmə funksiyasını da özündə cəmləşdirir.
Avtomobil 0-50 km/saat sürətlənməni cəmi 2,9 saniyəyə əldə edə bilir.
DFSK E5 modeli hazırda 47 000 AZN-ə təklif edilir və VOLT AVTO bəhs olunan avtomobilin kreditlə də satışını həyata keçirir və avtomobilə 5 il və ya 100 000 km zəmanət verilir.
Avtomobil haqqında əlavə məlumat və yarana biləcək digər suallara cavab almaq üçün zəng edin: *0078
Onu da qeyd edək ki, VOLT AVTO salonu müştərilərin rahatlığını təmin etmək məqsədilə salona onlayn mağaza sistemi ilə baxmağı da mümkün edir.
Bundan əlavə, müştərilər üçün elektrik avtomobillərini sınaqdan keçirməyə şərait də yaradılır. Bu zaman onlara avtomobilin müsbət və mənfi cəhətləri, həmçinin seçilmiş model və konfiqurasiyaya uyğun olaraq bütün enerji təchizatı barədə məlumat verilir.
Salona onlayn mağaza formasında baxış keçirmək üçün linkə keçid etməyiniz kifayətdir. https://voltavto.az/resmi-brendler/dfsk/e5
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 9 saat əvvəl
-
-
10 saat əvvəl
Bakı Beynəlxalq Dəniz Limanın tarixində rekord göstəriciyə imza atılıb
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Aqrar sığortadan fermerlərə rekord ödəniş – BİR İLDƏ 9 MİLYON MANAT!
- 10 saat əvvəl
-
10 saat əvvəl
Mərkəzi Bank vəziyyəti pisləşmiş sığorta şirkətinə müvəqqəti inzibatçı təyin etdi
- 11 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
İstifadəçilərinin sayı 3 milyonu keçib, partnyor şəbəkəsi 4000-ə çatıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Dövlət şirkəti 35 milyon manat kredit cəlb edib
Bank filialı üçün mebel alır - TENDER
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
İstiqraz investorlarına milyonlarla dollar borcu olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin maliyyə vəziyyəti pisləşib
Azercell-dən “iPhone” kampaniyası
Bayram günlərində 2156 sığorta hadisəsi qeydə alınıb - 1 MİLYON 243 MİN MANAT ZƏRƏR
Misin qiyməti yeni tarixi rekord qırdı — tonu 13 min dolları keçdi
Yanvarın 7-də gözlənilən hava şəraiti
AZAL: Praqa–Bakı reysi üzrə baş vermiş insidentin qarşısını aviaşirkətin ekipajı alıb
"Quru sərhədlər indiyə qədər bağlı qalır. Bununla belə, əminəm ki, turist sayını 2 dəfə artırmaq real görünür"























