Vahid xəzinə hesabının qalığının bir hissəsi hərracda satılıb
Cari ilin yanvar-sentyabr aylarında valyuta bazarında təklifin tələbi üstələməsi dövlət büdcəsinə Dövlət Neft Fondundan (DNF) transfertlərinin aşağı icrası və Azərbaycan Mərkəzi Bankının (AMB) alışyönlü müdaxilələri ilə nəticələnmişdir.
Marja.az xəbər verir ki, bu, Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin layihəsinə Azərbaycan Respublikası Hesablama Palatasının Rəyində bildirilir.
Qeyd edilib ki, 2023-cü ilin yanvar-sentyabr aylarında Mərkəzi Bankda 71 valyuta hərracı keçirilmiş, hərraclar zamanı 2 mlrd. 555,7 mln. ABŞ dolları satılmışdır. Xarici valyuta satışı ötən ilin müvafiq dövrü ilə müqayisədə 1mlrd. 301,6 mln. ABŞ dolları azalmış, bu, xarici valyutaya olan tələbin azalması ilə bağlı olmuşdur. Belə ki, AMB-nin məlumatlarına əsasən, cari ilin ötən dövrü ərzində keçirilmiş hərracların 99%-də təklif tələbi üstələmişdir. Hərraclar barədə məlumatların təhlili də orta günlük valyuta tələbinin azaldığını və ötən ilin müvafiq dövründəki 52,1 çilyon ABŞ dollarından baxılan dövrün sonuna 36 milyon ABŞ dollarına endiyini göstərir. Tələbin azalması tədiyə balansında profisitin müşahidə edilməsi ilə izah oluna bilər. Nağd xarici valyuta ilə mübadilə əməliyyatlarının təhlili də xarici valyutaya tələbin azaldığını və banklar tərəfindən ABŞ dollarının alışının satışını üstələdiyini göstərir.
Xarici valyutaya tələbin azalması DNF-dən dövlət büdcəsinə transfert olunması nəzərdə tutulmuş vəsaitlərin əhəmiyyətli dərəcədə aşağı icrası ilə nəticələnmiş, keçirilmiş hərraclarda cəmi satış məbləğinin və DNF tərəfindən keçirilmiş satışların təhlili cari ilin avqust və sentyabr aylarında bu məbləğlərin bir-birindən fərqləndiyini göstərmişdir. Belə ki, hərraclar vasitəsilə ən yüksək valyuta satışının reallaşdığı bu ayda 452 mln. ABŞ dolları satılmış, bu məbləğin 93,9 mln. ABŞ dollarına bərabər olan hissəsi DNF vəsaitlərindən ibarət olmuşdur ki, bu da sözügedən ayda hərraclarda satışın DNF-lə yanaşı, digər subyektlər tərəfindən reallaşdırıldığını göstərir. Digər tərəfdən, dövlət büdcəsinin icrası barədə təqdim edilmiş hesabatlara əsasən, avqust ayında vahid xəzinə hesabının qalığının ABŞ dollarında olmaqla idarəetməyə verilən hissəsi əhəmiyyətli azalaraq 1mlrd. 190 mln. ABŞ dollarına enmişdir. Bu isə idarəetmədən geri çağırılan vəsaitlərin bir hissəsinin hərracda satışının keçirildiyini və bununla da DNF transfertlərinə qənaət edildiyi fikirlərini formalaşdırır.
Valyuta bazarında təklifin tələbi üstələməsi fonunda bazarda tarazlığın qorunması məqsədilə AMB valyuta bazarına alışyönlü müdaxilələr həyata keçirmiş, AMB məlumatlarına əsasən, cari ilin ötən dövründə müdaxilənin həcmi 566 mln. ABŞ dolları olmuş, bu məbləğin 444 mln. ABŞ dolları sentyabr ayının payına düşmüşdür. Bu proses AMB-nin rəsmi valyuta ehtiyatlarının artmasına da töhfə vermişdir. Bununla yanaşı, baxılan dövr ərzində dövriyyədə pul təklifinin tənzimlənməsi məqsədilə sterilizasiya əməliyyatları keçirilmiş, reallaşdırılan tədbirlər ötən dövrün əksər aylarında manatla pul bazasının həcmində azalma ilə nəticələnmişdir. Lakin fiskal stimullar fonunda valyuta bazarında tarazlığın qorunması məqsədilə alışyönlü müdaxilələrin davam edəcəyi ehtimalı pul təklifini genişləndirməklə monetar siyasətin bir qədər də sərtləşdirilməsini və sterilizasiya əməliyyatlarının həcminin yüksəldilməsini şərtləndirə bilər. Bu proses tələb kanallarını daraltmaqla iqtisadi aktivliyin təmin olunmasına təsir edə bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 3 həftə sonra
-
-
8 saat əvvəl
Azərbaycan XİN TRIPP-in icrası üzrə çərçivə sənədinə münasibət bildirib
-
9 saat əvvəl
2025-ci ildə AZAL tərəfindən 4 milyon 160 min sərnişin daşınıb
-
9 saat əvvəl
"Qrenlandiyanın satın alınması ABŞ-a 700 milyard dollara başa gələ bilər"
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Dövlət “Şuşa Otel-Konqres Mərkəzi Kompleksi”ni müqavilə əsasında idarəetməyə verir - SƏRƏNCAM
- 10 saat əvvəl
-
10 saat əvvəl
İllik gəlirlilik dərəcəsi 15 faiz olan istiqrazları 50 investor əldə etdi
- 11 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Dövlət “Şuşa Otel-Konqres Mərkəzi Kompleksi”ni müqavilə əsasında idarəetməyə verir - SƏRƏNCAM
Ən çox oxunanlar
"Kapital Bank"ın xalis mənfəəti 1,7 dəfə artıb
Azərbaycan dünya pasportları reytinqində 3 pillə yüksəlib
İnvestisiya bankçılığında yeni nailiyyətlər və investisiya xidmətlərinin daha da əlçatan edilməsi
Nestle şirkəti üzr istədi
Bank Gəncə filialı üçün mebel alır - TENDER
“Fizza Pay” şirkətinə icrası məcburi olan göstəriş verilib
Yeni il lotereyası davam edir: 3 000 000-a yaxın Birbanklı mənzil qazanmaq şansına sahibdir




















