Sabah sərgidə “SİMA Pay” təqdim ediləcək, demo versiyasını test etmək imkanı yaradılacaq
1-2 noyabr Bakıda keçiriləcək VII Beynəlxalq Bankçılıq Forumunda (IBF 2023) “AzInTelecom” şirkəti tərəfindən rəqəmsal bankçılıq üçün məhsulları təqdim ediləcək.
Marja.az xəbər verir ki, xüsusilə banklar üçün unikal imkanlar təqdim edən SİMA Rəqəmsal Həllər Platformasına daxil olan SİMA rəqəmsal imza, SİMA KYC, “SİMA Pay” məhsulları və bulud xidmətləri ilə maraqlanan şəxslər “AzInTelecom”un stendinə yaxınlaşaraq ətraflı məlumat ala bilərlər.
İştirakçılar, həmçinin “SİMA Pay” həllinin demo versiyasını praktiki olaraq test edə, “SİMA İmza” ilə bağlı son yeniliklərlə tanış ola bilərlər.
Eləcə də artıq istifadəyə verilən SİMA KYC həllinin iş prinsiplərini öyrənə bilərlər. Stenddə viktorinanın keçirilməsi və fərqlənən iştirakçılara hədiyyə verilməsi də nəzərdə tutulub.
Qeyd edək ki, SİMA Rəqəmsal Həllər Platformasına daxil olan “SİMA İmza” mobil tətbiqi artıq 600 mindən çox istifadəçi tərəfindən yüklənilib. Hazırda 30-a yaxın qurumla inteqrasiya yekunlaşıb, 100-dən artıq inteqrasiya davam etdirilir. Artıq 6 bankın müştəriləri müxtəlif bank əməliyyatlarını (kredit götürmə, debet kart sifarişi, sənədlərin imzalanması və s.) “SİMA İmza” ilə heç yerə getmədən, növbə gözləmədən və kağız sənədlər toplamadan həll edirlər. Hüquqi olaraq əl imzasına bərabər tutulan “SİMA İmza” bankların iş yükünün azaldılması üçün zəmin yaradır. Həmçinin vətəndaşlar SİMA KYC-nin biometriya texnologiyası ilə “m10” tətbiqində identifikasiyadan keçərək kimliyini təsdiqləyə bilirlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 18 saat sonra
-
- 14 d. əvvəl
- 52 d. əvvəl
-
1 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 2 saat əvvəl
-
3 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz























