Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

“Lisenziyalar və icazələr haqqında” qanuna dəyişikliklər təsdiqlənib

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Lisenziyalar və icazələr haqqında” qanuna dəyişikliklər təsdiqlənib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Milli Məclis “Lisenziyalar və icazələr haqqında” qanuna təklif edilən dəyişiklikləri III oxunuşda təsdiqləyib.

Bugünkü plenar iclasda bildirilib ki, layihəyə əsasən, lisenziyanın və icazənin verilməsi üçün qanunla dövlət rüsumunun (ödənişin) ödənilməsi tələb olunduqda, dövlət rüsumunun (ödənişin) ödənilməsi faktını təsdiq edən sənəd bu Qanunun 18.5-ci maddəsində nəzərdə tutulan müddətdə lisenziya və icazə verən orqana təqdim edilmədikdə lisenziya və icazə ləğv ediləcək.

Reklam_3_11

Qeyd edək ki, qanunla tələb olunduğu halda, lisenziyanın verilməsi üçün dövlət rüsumu və icazənin verilməsi üçün dövlət rüsumu və ya ödəniş lisenziya və icazə verən orqanın verdiyi məlumat alındığı tarixdən 5 iş günü ərzində ərizəçi tərəfindən ödənilir və ödənişi təsdiq edən sənəd lisenziya və icazə verən orqana təqdim olunur.

Müzakirələrdən sonra qanun layihələri səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.

24.10.2023 11:45

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ