Pilotsuz uçuş aparatları ilə bağlı icazə sistemi sadələşdiriləcək
Pilotsuz uçuş aparatlarının icazə sistemi kifayət qədər sadələşdiriləcək.
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili komitənin oktyabrın 24-də keçirilən iclasında “Aviasiya haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Komitə sədrinin sözlərinə görə, pilotsuz uçuş aparatlarının kiçik həcmdə olanları böyük təhlükə yarada bilir. Bir neçə santimetr uzunluğunda olan pilotsuz uçuş aparatları var ki, bir çox hallarda şəxsi həyata, bəzən isə milli maraqlara ciddi təhlükə törədə bilirlər.
“Pilotsuz uçuş aparatlarının idxalında bir neçə dövlət orqanından icazə almaq lazım gəlir. Bu isə prosesin uzanmasına gətirib çıxarır. Bu aparatın texnologiyasının öyrənilməsi, istifadə edilməsi, yayılması gələcəyimiz üçün vacibdir. Eyni zamanda, düşünürük ki, tənzimləməni müəyyən qədər sadələşdirmək lazımdır”, - deyə Tahir Mirkişili qeyd edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 11 d. əvvəl
- 38 d. əvvəl
-
1 saat əvvəl
Beynəlxalq reytinq agentliyi Kapital Bank-ın reytinq qiymətləndirməsini açıqlayıb
-
2 saat əvvəl
Azercell Premium Tarifi və Premium+ Loyallıq Proqramını istifadəyə verib
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyəyə rəsmi səfərə gəlib
-
2 saat əvvəl
Qeydiyyatsız siqaret istehsalı ilə məşğul olanlar cərimələnəcək - MƏBLƏĞLƏR
-
2 saat əvvəl
Azərbaycanla Slovakiya birgə istehsal sahələrinin yaradılması haqqında danışıqlara start verib
-
2 saat əvvəl
Ağdamın Qərvənd kəndinin yenidən qurulması Slovakiya şirkəti tərəfindən icra ediləcək
- 3 saat əvvəl
-
3 saat əvvəl
Deputat: Supermarketlərdə yüzlərlə əndrabadi adda araq növləri satılır