"Azərbaycan Dəmir Yolları"nın yükdaşıma gəlirləri kəskin artıb - YARIM MİLYARDDAN ÇOX GƏLİR
"Azərbaycan Dəmir Yolları" QSC-nin yükdaşıma gəlirləri 2022-ci ildə 2021-ci illə müqayisədə 127 milyon 557 min manat və ya 32% artaraq 525 milyon 498 min manat təşkil edib. QSC 2021-ci ildə yükdaşımadan 397 milyon 941 min manat gəlir əldə etmişdi. “Azərbaycan Dəmir Yolları” QSC-nin əsas əməliyyat gəlirlərinin 87,4%-i yükdaşıma fəaliyyəti üzrədir.
Marja.az “Azərbaycan Dəmir Yolları” QSC-nin 2022-ci il üzrə Konsolidə edilmiş Hesabatlarına istinadən xəbər verir ki, "Azərbaycan Dəmir Yolları"nın sərnişindaşıma gəlirləri 2022-ci ildə 2021-ci illə müqayisədə 2 milyon 973 min manat və ya 2,6 dəfə artaraq 4 milyon 826 min manat, sair gəlirləri 13 milyon 182 min manat artaraq 50 milyon 131 min manat təşkil edib.
Eyni zamanda, ötən il "Azərbaycan Dəmir Yolları"nın tikinti gəlirləri 31 milyon 236 min manat və ya 2,5 dəfə azalaraq 20 milyon 953 min manata düşüb.
XALİS MƏNFƏƏTİ 3,3 DƏFƏ ARTIB
"Azərbaycan Dəmir Yolları" QSC 2022-ci ili 86 milyon 156 min manat xalis mənfəət ilə başa vurub. Dövlət şirkətinin xalis mənfəəti 2021-ci illə müqayisədə 2022-ci ildə 3,3 dəfə artıb. "Azərbaycan Dəmir Yolları" 2021-ci ili 25 milyon 980 min manat xalis mənfəət ilə bağlamışdı.
2021-ci ildə "Azərbaycan Dəmir Yolları"nın cəmi əsas əməliyyat gəlirləri 488 milyon 932 min manat ikən, 2022-ci ildə 601 miylon 408 min manata yüksəlib (112 milyon 476 min manat və ya 23% artıb). “Azərbaycan Dəmir Yolları”nın xarici valyuta mübadiləsindən xalis gəliri isə 109 milyon 838 min manatdan 71 milyon 909 min manata düşüb.
XƏRCLƏRİ AZALIB
2022-ci ildə “Azərbaycan Dəmir Yolları”nın cəmi gəlirləri 673 milyon 317 min manat, cəmi xərcləri 587 milyon 161 min manat təşkil edib. 2021-ci ildə Şirkətin cəmi gəlirləri 607 milyon 113 min manat, cəmi xərcləri 581 milyon 133 min manat olmuşdu.
ŞİRKƏT BÖYÜYÜB
31 dekabr 2022-ci il tarixində “Azərbaycan Dəmir Yolları” 4 milyard 271 milyon 549 min manat cəmi aktivlərə malik olub. QSC 2021-ci ilin sonunda 3 milyard 652 milyon 487 min manat cəmi aktivlərə malik idi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
9 d. əvvəl
Duracağa gətirilən avtomobil haqq ödənildikdən dərhal sonra sahibinə qaytarılacaq
-
- 12 d. əvvəl
- 14 d. əvvəl
-
28 d. əvvəl
Azərbaycanda neft hasilatı 4,8 faiz azalıb, qaz hasilatı isə 0,7 faiz artıb
-
30 d. əvvəl
Daha sərfəli Nağd Kredit - AccessBank 7% endirim kampaniyasını davam etdirir
-
47 d. əvvəl
“AFB Bank”ın maliyyə vəziyyəti necədir? - BANKIN SON DURUMU MƏLUM OLDU
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanda 129,1 milyard manatlıq istehsal - ÖTƏN İL 1,4 FAİZ ARTIB
-
2 saat əvvəl
“AzInTelecom” tərəfindən 58 mindən çox IMEI koda “klon” statusu verilib
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Ödənişli yollarda sürət həddi müəyyənləşdirilir
5 bankın aktivləri 2,5 milyard manatdan çoxdur - SİYAHI
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
“Yapı Kredi Bank Azərbaycan”ın gəlirləri və kredit portfeli artıb - BANKIN MALİYYƏ VƏZİYYƏTİ
Sabah sulu qar, qar yağacaq
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub

























