Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

"Xaricə göndərdiyimiz 1000-dən çox xəstənin hamısı uğurla müalicə olunub"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Xaricə göndərdiyimiz 1000-dən çox xəstənin hamısı uğurla müalicə olunub"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Tibbi turizm sahəsində fəaliyyət "A-Medical" şirkətinin direktoru Ziba Valehovanın Marja.az-a müsahibəsi.

- Ziba xanım, "A-Medical" şirkəti tibbi turizm sahəsində fəaliyyət göstərir. Qısa olaraq məlumat verərdiniz - tibbi turizm dedikdə nə başa düşülür? Bu xidmətin tibbi və turistik tərəfləri hansılardır?

Reklam_3_11

- Tibbi turizm tibbi prosedurlar, müalicələr və ya əməliyyatlar üçün xarici ölkəyə səyahət etmək deməkdir. Tibbi aspektə, təcrübəli mütəxəssislər tərəfindən göstərilən yüksək keyfiyyətli səhiyyə xidmətləri, turist aspektinə isə xəstələrin getdikləri ölkədə görməli yerləri araşdırmaq və tibbi səyahətlərini tətil təcrübəsi ilə birləşdirmək daxildir.  

- Tibbi turizm xidmətləri almaq üçün mütləq xəstə olmaq lazımdır?

- Xeyr, tibbi turizm xidməti almaq üçün xəstə olmaq şərt deyil. Tibbi turizmə həmçinin regenerativ və ya kosmetik prosedurlar, "Chek up" müayinələri və insanlara öz rifahını yaxşılaşdırmağa imkan verən sanatoriya xidmətləri daxildir.

- Siz biznesin proqnozlaşdırılması baxımdan təmsil olunduğunuz sektor üzrə bazar araşdırmaları da aparırsınız. İl ərzində nə qədər Azərbaycan vətəndaşı tibbi turizm üçün xaricə səfər edir və bunun üçün hansı məbləğdə valyuta xərclənir?

- 2019-cu ilin statistikasına əsasən xarici ölkələrə müalicəyə gedənlərin sayı təxminən 290 min nəfər olub. Hər pasiyent 400-120 min dollar civarında müalicədən asılı olaraq xərcləyə bilər.

- Azərbaycan vətəndaşları ən çox hansı hansı xəstəliklərin müalicəsi üçün xaricə gedirlər? 

- Azərbaycan vətəndaşları ən çox onkoloji xəstəliklər, beyin cərrahiyyəri, ortoped travmatoloji əməliyyatlar, ilik nəqli, orqan transplantasiyası üçün xaricə üz tuturlar.

- Müalicə üçün ən çox üz tutulan ölkələr hansılardır? Nə üçün həmin ölkələr daha böyük maraq görür?

- Azərbaycan vətəndaşları uzun illərdir ki, əsas tibbi turizm destinasiyası olaraq Türkiyəyə üstünlük verirlər. Türkiyə həm yaxındır, həm də Türkiyədə müalicə qiymətləri digər ölkələrlə müqayisədə ucuzdur. Türkiyədə müalicə almağın əsas xüsusiyyətlərindən biri də məhz asan kommunikasiyadır. Heç bir dil bilməyə ehtiyac olmadan rahatlıqla Türkiyədə həkimlərlə münasibət qurmaq mümkündür. Daha sonra Almaniya, İsrail və İsveçrədir.

- Xaricdə müalicə olunmaqda səbəb nədir? Onlar çox zəngindirlər yoxsa ölkəmizdə dərdlərinə çarə tapa bilmirlər?

-Bir neçə səbəb var. 

1. Xəstə ölkədə qoyulan diaqnoza inanmır, yenidən başqa ölkədə yoxlanışlardan keçmək istəyir,

2. Müalicəsi ölkədə mümkün deyil,

3. Ölkəsində yalnız 1 klnikada müalicəsi mümkündür bu da pasiyentdə əlavə stres yaratdığından bir neçə seçim təklif edə bilən ölkəyə getmək istəyir. 

4. Maddi imkanı yol verdiyindən ən məşhur, aparıcı klinikada müalicə olmaq istəyir.

- Məsələn, Azərbaycanda diş müalicəsi üçün tibb mərkəzləri saysız-hesabsızdır. Çoxlu diş həkimlərimiz olduğu halda nə üçün insanlar dişlər ilə bağlı digər ölkələrə üz tuturlar? Həmçinin ölkəmizdə saç əkilməsi, plastik cərraiyə xidmətləri göstərən ünvanlar da çoxalıb, əvvəlki kimi xaricə getməyə də ehtiyac yoxdur.

- Bəli, razıyam. Qeyd etdiyiniz sahələr üzrə mən da çalışıram ki, ölkəmizə tibbi turistləri cəlb edim. Həm həkimlərimizin professionallığı, qiymətlərin daha əlverişli olması ölkəmizə əlavə üstünlük verir. Amma tibbi turizm tədbirlərində Türkiyə klinikaları kimi Azərbaycan klinikaları da aktiv şəkildə iştirak edib özlərini tanıtmalıdırlar.

- Xaricə səfər, orada qalmaq, müalicə almaq, sığorta və digər xidmətlər elə təəssürat yarada bilər ki, xaricdə müalicə çox bahalı bir hərəkətdir. Digər tərəfdən də, ölkəmizdə xəstələrin dərdlərinə diqanoz qoyulması üçün xəstəxana-xəstəxana gəzdiklərini, böyük məbləğlər xərclədiklərini, xəstəlik tapılanda da gec olduğunu müşahidə edirik. Bu reallığı nəzərə alsaq tibbi turizm bahalı bir xidmətdir?

- Çarəsiz qalan pasiyenti ilk olaraq düzgün müalicə alıb tezliklə sağlamlığına qovuşması maraqlandırır. Amma oxşar hallar da olub ki, xəstə əlavə yol, otel xərci çəkmək istmədiyindən ölkədə müalicə olmağa qərara verir və siz deyən kimi xəstəxana-xəstaxana gəzib hər birində az-az analizlərə, dərmanlara pul xərcləməklə daha çox xərcə düşür. Nəticədə həm xəstəliyi daha da irəliləyir, həm də əvvəlikindən ən az  iki dəfə daha çox xərcləməli olur ki, effekt görə bilsin.

- "A-Medical" hansı xidmətləri göstərir və nə üçün insanlar Sizin şirkəti seçməlidirlər? Hansı üstün tərəfləriniz ilə öyünürsünüz?

- Pasiyentin xəstəliyinə, büdcəsinə uyğun doğru klinika, həkimi tapır, getmədən öncə həkimdən ilkin rəy alırıq, təxmini xərcləri barədə məlumat veirirk. Birbaşa Türkiyə, Almaniya, Avstriya, İsveçrə, İtaliyadakı klinikalar ilə əməkdaşlıq edirik. Qeyd etdiyim ölkərəin klinikaları ilə pasiyent birbaşa əlaqə saxlamaq istəyəndə ya heç cür cavab ala bilmir, ya da çox gec cavab veririlər. Bir sözlə hansı müalicənin hansı ölkədə, klinikada və hansı həkim tərəfindən daha uğurla müalicə oluna biləcəyi haqqında məlumat verə bilirik.

- Saytınızda belə bir məlumat var: "Bugünə qədər 1000-dən artıq müştərinin xaricdə müalicə olmasını təmin etmişik". Bu 1000 müştəridən neçə faizi xaricdə öz sağlamlığına qovuşub?

- Çox şükür hamısı uğurla müalicə olunublar

-Hesab edək ki, fərd xəstələnib, onun xaricdə müalicəsinə ehtiyac var. Xəstə özü və ya yaxınları hansı addımları atmalıdır?

- İlk öncə pasiyent 6 aydan gec olmayan analiz nəticələrini, KT, MRT disk görüntülərini göndərir. Bir vacib məqama toxunmaq istəyirəm. Bəzən pasiyentlət disk görüntülərini göndərməkdə təmbəllik edib təkcə çıxarışı göndərirlər. Təəssüf xaricdəki həkim çıxarışı oxuyub rəy verə bilmir,  bunun üçün mutləq disk görüntülərinə özü baxmalıdır. 

- Ziba xanım, müsahibədən əvvəl Şirkətinizin amedical.az saytının Bloq bölməsində olan çox maraqlı məlumatlar ilə tanış oldum. Bloqda plastik cərrahiyyə, diş müalicəsi, implant, saç əkdirmə, süni mayalanma, sümük iliyi nəqli, orqan nəqli (böyrək, qaraciyər, mədəaltı vəzi, ürək), xərçəngin müalicəsi, autizm müalicəsi və bu əməliyyatlar üçün ən yaxşı ölkələr, klinikalar və qiymətlər barədə geniş məlumatlar verilib. Bu bloq necə ərsəyə gəlib? Bloqda verilən məlumatlar sizin 7 illik təcrübənizin əsasında hazırlanıb yoxsa hansısa xarici resurslardan tərcümə olunub? İnsanlar Bloqda verilən məlumatlara tam etibar edə bilərlər?

- Bloqda yazilna bütün məlumatlar 7 il ərzində ölkə ölkə klinikaları gəzərək, dünya tibbi turizm tədbirlətində iştirak edərək əldə etdiyim təcrübəyə əsasən məlumatları bölüşmüşəm.Hər hansı xarici resursdan tərcümə olunmadığını kim istəsə yoxlaya bilər.

Ən vacib məqama toxunmaq istəyirəm, pasiyenti müalicəyə göndərmədn əvvəl özüm həmin klinikaya gedirəm, həkimləri ilə tanış oluram. Əgər klinikanın ümumi servisi, həkimdən aldğım məlumatlar məni qane edirsə pasiyent göndərməyə qərar verirəm. Elə kliniklar var ki, sırf müştəri xidməti zəif olduğundan əməkdaşlıq etmirəm.

-Müsahibəyə görə təşəkkür edirəm.

Ünvan: Bakı, İşərişəhər, İlyas Əfəndiyev küçəsi

www.amedical.az

+994 10 310 93 33

AMedical Ziba Valehova Tibbi turizm əməliyyat prosedur müalicə biznes sanatoriya kosmetik onkoloji ortoped beyin cərrahiyə ilik nəql orqan transplantasiya klinikalar plastik diş implant saç əkdirmə süni mayalanma
20.10.2023 20:34

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ