Qırmızı Ürəklər könüllüləri heyvan sığınacağına yardım etdi
(®) Qırmızı Ürəklər Fondunun könüllüləri “Pəncəli Ürəklər” aksiyası çərçivəsində “Good World Animal Rescue and Protection” (GWARP) heyvan sığınacağını ziyarət edərək qida yardımı ediblər.
Qırmızı Ürəklər Fondu fəaliyyətdə olduğu 3-il ərzində heyvanların müdafiəsi istiqamətində bir çox sosial məsuliyyət layihələri həyata keçirərək cəmiyyətdə evsiz heyvanlara dəstək mövzusunda fərqindəlik yaratmağa çalışır.
Belə ki, fondun məktəbli heyvansevər könüllüləri 6 saylı məktəb-liseyin şagirdləri Ayla Ağayeva, Xədicə Əliyeva “Landau məktəbi”nin şagirdi Sima Hüseynzadə, “Azerbaijan British College”in şagirdi Məryəm Hüseynzadə, Xəzər Universiteti Dünya Məktəbinin şagirdləri Said Aslanov və Cavad Aslanov məktəblərdə yarmarkalar təşkil edərək bu aksiya üçün ianə toplayıblar. Toplanan məbləğ ilə heyvan sığınacağına qida üyüdən aparat ianə edilib. Həmçinin bu layihə çərçivəsində müxtəlif restoran və otellərlə danışıqlar aparılıb ki, artıq qalan uyğun qida tullantıları toplanaraq heyvan sığınacağına göndərilsin.
Sevindirici haldır ki, layihənin təşəbbüskarları 12-16 yaşlı məktəbli könüllülərdir. Onlar Fondun layihələrindən ilhamlanaraq təbiətin, canlıların qayğısına qalmaq və bu mövzuda töhfə vermək üçün müraciət ediblər.
Qeyd edək ki, “Qırmızı Ürəklər” Fondu 2019-cu ildə Kapital Bank-ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. Hazırda Fond kimi fəaliyyətini davam edən təşkilat, əsasən uşaq evlərinə, sığınacaqlara və digər ehtiyacı olanlara yardımlar edir. https://redhearts.az saytına daxil olmaqla fondun fəaliyyəti, gördüyü xeyirxah işlər, gələcək planları və digər maraqlı məlumatları əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
7 d. əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
-
- 34 d. əvvəl
- 38 d. əvvəl
- 40 d. əvvəl
- 42 d. əvvəl
- 46 d. əvvəl
- 48 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycanın neft-qaz sektoruna daxil olan malların ixracından gəliri azalıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Speedtest Global Index”: Azərbaycanda internetin sürəti illik müqayisədə artıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
Kartof ixracı 2 dəfədən çox artıb
Xurma ixracında azalma qeydə alınıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Azərbaycan və Türkiyə binalarda enerji səmərəliliyi üzrə əməkdaşlıq sənədi imzalayıb
Xalq Bankda hədiyyəli “Əmanət” lotereyası davam edir
Gələcəyin şəhərləri yeni mobillik tələb edir






.jpg)
.jpg)








.jpg)






