Bəzi bankların açıqladığı maliyyə göstəriciləri saxtadır?
Lisenziyası ləğv olunan bankların ictimaiyyətə açıqladığı göstəricilər Mərkəzi Bankın məlumatları ilə uyğun gəlmir. Əhali və biznesdə digər bankların da maliyyə göstəricilərinin saxta olduğu barədə şübhələr yaranır.Xəbər verdiyimiz kimi Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 18 oktyabr 2023-cü il tarixli Qərarı ilə məcmu kapitalının miqdarının banklar üçün müəyyən edilmiş minimum miqdarından az olduğuna, məcmu kapitalının adekvatlıq əmsalının 3 faizdən az olmasına, cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirmədiyinə, habelə bankın daxili idarəetmə və nəzarət prosedurları adekvat olmadığına görə "Muğanbank" ASC-nin lisenziyası ləğv olunub. Mərkəzi Bankın açıqlamasından belə çıxır ki, "Muğanbank"ın məcmu kapitalı 50 milyon mantdan aşağı düşüb.
Marja.az-ın məlumatına görə, bir neçə gün öncə "Muğanbank" ASC 2023-cü ilin 9 ayının yekunları üzrə açıqladığı maliyyə göstəricilərində məcmu kapitalının 142 milyon 224 min manat olduğunu bəyan etmişdi. Bu məbləğ Mərkəzi Bankın minimal tələbindən (50 milyon manat) 2,8 dəfə çoxdur.
Eyni zamanda "Muğanbank"maliyyə hesabatında məcmu kapitalının adekvatlıq əmsalının 21,81% təşkil etdiyini qeyd etmişdi ki, bu da minimal norma olan 10%-dən 2 dəfə yüksəkdir.
Mərkəzi Bank 6 may 2023-cü il tarixli Qərarı ilə "Günay Bank"ın lisenziyasını ləğv edərkən, bu bankın da məcmu kapitalının miqdarının banklar üçün müəyyən edilmiş minimum miqdardan aşağı olduğunu, məcmu kapitalının adekvatlıq əmsalının 3 faizdən az olduğunu bildirmişdi. Halbuki, həmin dövr üzrə "Günay Bank" maliyyə hesabatlarında məcmu kapitalının 64 milyon 32 min manat olduğunu göstərmişdi. Bu məbləğ də, minimal tələb olan 50 milyon manatdan çox idi. Həmçinin "Günay Bank" məcmu kapitalının adekvatlıq əmsalının 29,83% təşkil etdiyini bəyan etmişdi.
Göründüyü kimi, Mərkəzi Bankın kommersiya banklarının lisenziyalarını ləğv edərkən açıqladığı məlumatlar bankların maliyyə hesabatlarındakı göstəricilər ilə üst-üstə düşümür. Bu vəziyyət əhali və biznesdə bəzi bankların da maliyyə göstəricilərinin saxta olduğu barədə şübhələr yaradır. Sual olunur ki, kommersiya banklarını yoxlayan Mərkəzi Bankda kimlərsə bu göstəricilərə göz yumur? Yoxsa bəzi özəl banklar müəyyən üsullar ilə Mərkəzi Bankı inandıra bilirlər? Bankların məcmu kapitallarını minimal tələbdən böyük məbləğdə bəyan etmələri, ardınca isə Mərkəzi Bankın həmin bankların kapitalının minimal tələbdən az olduğunu bildirməsi bank sektoruna olan inama mənfi təsir edir.
Digər bir ehtimal "Muğanbank"ın vəziyyətinin sentyabr ayında daha da ağırlaşması ola bilər.
MAYDA MƏRKƏZİ BANKIN SƏDRİ BƏZİ BANKLARDA PROBLEM OLDUĞUNA İŞARƏ ETMİŞDİ
Bu ilin May ayında Mərkəzi Bankın sədri Taleh Kazımov mətbuat konfransında bildirmişdi ki, "Bəzi bankların maliyyə göstəricilərində çağırışlar var":
"Biz onlar ilə çox sıx çalışırıq. Sevindirici məsələ ondan ibarətdir ki, çağırışlar olan banklar sistem əhəmiyyətli deyil. Qeyd etdiyim kimi, onlar ilə çalışırıq və ümidvaram ki, bundan sonra bizim maliyyə sektorumuz dayanıqlılıq nöqteyi-nəzərdən güclənəcək".
İYULDA İSƏ "HAZIRDA CİDDİ PROBLEMİ OLAN BANK YOXDUR" AÇIQLAMASINI ETMİŞDİ
İyul ayında isə Mərkəzi Bankın sədri keçirdiyi mətbuat konfransında bəzi ekspertlərin "bir neçə bank bağlanacaq" açıqlamalarına münasibət bildirərkən demişdi:
"Mən fərziyələri şərh etmirəm. Əgər hansısa ekspert hansısa bankın bağlanacağını deyirsə, fakt göstərməli, iddiasını əsaslandırmalıdır".
Taleh Kazımov bildirmişdi ki, Mərkəzi Bankın əsas mandatı maliyyə sabitliyinin təmin edilməsidir: "Maliyyə sektoru sabit inkişaf etsin, iqtisadi artıma dəstəyi təmin etsin, həm də kreditorların hüquqları qorunsun"
Taleh Kazımov əlavə etmişdi ki, hansı maliyyə institutu (bank - red) maliyyə sabitliyinə xələl gətirirsə Mərkəzi Bank müvafiq tədbirlər görür: "İlk öncə onunla maarifləndirmə işləri aparırıq. Əgər hansısa bankın səhmdarı problemi həll edə bilmirsə, lisenziyanın ləğv edilməsi barədə qərar qəbul edilir. Hazırda ciddi problemi olan bank yoxdur. Maliyyə sektorumuz dayanıqlıdır. Hazırda biz maliyyə sektorunda ciddi risklər görmürük".
Müştərilərin xəbərləri
İrihəcmli sığorta ödənişi - "PAŞA Həyat" əmək qabiliyyətini itirmiş şəxsə 83 min manatdan çox sığorta ödənişi etdi
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
1 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 1 gün sonra
-
-
49 d. əvvəl
Qarabağ Universitetinin tələbələri RIGHTWELLTON premium hüquq şirkətində təcrübə qazandılar
- 4 saat əvvəl
-
4 saat əvvəl
Tesla-nın satışları gözləntiləri əhəmiyyətli dərəcədə üstələyib
-
5 saat əvvəl
Turistlər Azərbaycanda xərcləməni kəskin azaltdı – 5 ayda 281 milyon manatlıq geriləmə
-
5 saat əvvəl
ABB-nin süni intellekt təcrübəsi Dünya İqtisadi Forumunun hesabatında nümunə göstərilib
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
AccessBank-dan yeni biznes müştərilərinə 50%-dək endirim kampaniyası
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Tesla-nın satışları gözləntiləri əhəmiyyətli dərəcədə üstələyib
ABB-nin süni intellekt təcrübəsi Dünya İqtisadi Forumunun hesabatında nümunə göstərilib
Səhiyyə nazirinin müavinlərinin sayı artırılıb
Ən çox oxunanlar
ABŞ-da iş yerlərinin yaradılması kəskin şəkildə yavaşlayıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
AccessBank-dan yeni biznes müştərilərinə 50%-dək endirim kampaniyası
BTC üzrə operatorluq SOCAR-a təhvil verildi
“Azərxalça”da 25 milyon manata yaxın zərər yığılıb - Şirkət yenə zərərdən çıxa bilməyib
Bakı Fond Birjasında böyük zərər: gəlir artıb, nəticə pisləşib
Azərbaycana Avropadan turist axını 8 % artıb



















