"Yapı Kredi Bank Azərbaycan"nın xalis mənfəəti 26 dəfə artıb
"Yapı Kredi Bank Azərbaycan" QSC 2023-cü ilin 9 ayını (yanvar-sentyabr) 10 milyon 93 min manat xalis mənfəət ilə başa vurub. Bank 2022-ci ilin 9 ayını 391 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, "Yapı Kredi Bank Azərbaycan"nın xalis mənfəəti 2023-cü ilin 9 ayında ötən ilin eyni dövrü ilə müqayisədə 9 milyon 702 manat və ya 25,8 dəfə artıb. Xalis mənfəətin artması gəlirlərin artmasından və mümükün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırmanın azalmasından qaynaqlanır.
GƏLİRLƏRİ ARTIB
Marja.az xəbər verir ki, 2023-cü ilin 9 ayında ötən ilin eyni dövrü ilə müqayisədə "Yapı Kredi Bank Azərbaycan"nın faiz gəlirləri 8 milyon 767 min manat və ya 47,3 % artaraq 27 milyon 300 min manat təşkil edib.
2023-cü ilin 9 ayında ötən ilin eyni dövrü ilə müqayisədə "Yapı Kredi Bank Azərbaycan"nın qeyri-faiz gəlirləri 2 milyon 916 min manat və ya 21,8 % artaraq 16 milyon 309 min manat olub.
ƏMƏLİYYAT MƏNFƏƏTİ 2 DƏFƏYƏ YAXIN ARTIB
2023-cü ilin 9 ayında ötən ilin eyni dövrü ilə müqayisədə "Yapı Kredi Bank Azərbaycan"nın cəmi əməliyyat gəlirlərinin (faiz və qeyri-faiz gəlirlərinin) 11 milyon 683 min manata artmasına qarşılıq, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 4 milyon 947 min manat artıb. Gəlirlər xərclərdən daha çox artdığı üçün Bankın əməliyyat mənfəəti də 6 milyon 736 min manat və ya 1,9 dəfə çox olub.
2023-cü ilin 9 ayında "Yapı Kredi Bank Azərbaycan"nın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 43 milyon 609 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 29 milyon 242 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 14 miylon 367 min manat təşkil edib. Əməliyyat mənfəətindən mümükün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara 1 milyon 310 min manat ayrılıb və 2 milyon 964 min manat mənfəət vergisi ödənilib. Beləliklə, "Yapı Kredi Bank Azərbaycan" 2023-cü ilin 9 ayını 10 milyon 93 min manat xalis mənfəət ilə başa vurub.
Müqayisə üçün qeyd edək ki, 2022-ci ilin 9 ayında "Yapı Kredi Bank Azərbaycan"nın cəmi əməliyyat gəlirləri 31 milyon 926 min manat, cəmi əməliyyat xərcləri 24 milyon 295 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 7 milyon 631 min manat təşkil etmişdi. Əməliyyat mənfəətindən mümükün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara 6 milyon 755 min manat ayrılmış və 484 min manat mənfəət vergisi ödənilmişdi. Beləliklə, "Yapı Kredi Bank Azərbaycan" 2022-ci ilin 9 ayını 391 min manat xalis mənfəət ilə bağlamışdı.
MÜŞTƏRİLƏRƏ VERİLMİŞ KREDİTLƏR ARTIB
2023-cü ilin 9 ayında 2022-ci ilin sonu ilə müqayisədə "Yapı Kredi Bank Azərbaycan"nın cəmi aktivləri 21 milyon 328 min manat və ya 4,4 % azalaraq 460 milyon 599 min manata düşüb. Bankın kredit portfeli (müştərilərə verilmiş kreditlər) isə 20 milyon 317 min manat və ya 8,6 % artaraq 257 milyon 262 min manata çatıb.
"Yapı Kredi Bank Azərbaycan"nın istehlak kreditləri portfeli 14 milyon 643 min manat artaraq 59 milyon 950 min manat, biznes kreditləri portfeli 2 milyon 296 min manat azalaraq 166 milyon 869 min manat, ipoteka kreditləri portfeli 7 milyon 971 min manat artaraq 30 miylon 442 min manat təşkil edib.
2023-cü ilin 9 ayında 2022-ci ilin sonu ilə müqayisədə "Yapı Kredi Bank Azərbaycan"da cəmi depozitlər 37 milyon 653 min manat azalaraq 326 milyon 204 min manata geriləyib. Depozitlərdə azalma hüquqi şəxslərin öz vəsaitlərindən istifadə etmələri ilə əlaqədardır. Bankda əhalinin əmanətləri təxminən ötən ilin sonundakı səviyyəyə yaxın olub.
30 sentyabr 2023-cü il tarixində "Yapı Kredi Bank Azərbaycan"nın 85 milyon 686 min manat məcmu kapitala malik olub. Qeyd edək ki, mövcud qanunvericiliyə əsasən minimum məcmu kapital norması 50 milyon manatdır.
“Yapı Kredi Bank Azərbaycan” QSC-nin əsas səhmdarı Türkiyənin "Yapı Kredi A.Ş." bankıdır.
Müştərilərin xəbərləri
Bakıda Dubayın inşaat şirkətlərinin iştirakı ilə satış tədbiri keçiriləcək – 3 gün Ramazana özəl təkliflər
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 1 gün sonra
-
-
26 d. əvvəl
İşçilərinizi 7 kritik xəstəlikdən sığortalayın - İldə cəmi 37 AZN
-
1 saat əvvəl
Ölkəmizdə ödəniş kartlarının sayı 22 milyonu ötüb, nağdsız əməliyyatların həcmi 11%-dən çox artıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanda problemli kreditlərin məbləği 17 %-dən çox artıb
-
1 saat əvvəl
Banklar 1 ayda 80 milyon manatdan çox xalis qazanc əldə ediblər
-
1 saat əvvəl
1 hektar pambıq 25 manata, 1 qoyun cəmi 7 manata sığortalanır – Fermerlərlə görüş keçirilib
-
1 saat əvvəl
Bank sektorunda son vəziyyət açıqlandı - 2026-CI İLİN İLK RƏQƏMLƏRİ
- 2 saat əvvəl
-
2 saat əvvəl
Qızılın qiyməti İran gərginliyi və gömrük tarifləri fonunda 5200 dollara yüksəlib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
İşçilərinizi 7 kritik xəstəlikdən sığortalayın - İldə cəmi 37 AZN
Azərbaycanda problemli kreditlərin məbləği 17 %-dən çox artıb
1 hektar pambıq 25 manata, 1 qoyun cəmi 7 manata sığortalanır – Fermerlərlə görüş keçirilib
Bank sektorunda son vəziyyət açıqlandı - 2026-CI İLİN İLK RƏQƏMLƏRİ
BOKT-un nizamnamə kapitalı 3 milyon manatı aşıb
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
“Zirə Gülçülük” şirkətinin gəliri və xalis mənfəəti azalıb
Xocalı soyqırımından 34 il ötür
Nvidia-nın gəliri 65 faiz artıb - 216 milyard dollar gəlir, 43 milyard dollar xalis mənfəət
"Aston Martin" əməkdaşlarının 20%-ni ixtisar edəcək



















