Rusiya və Səudiyyə Ərəbistanı neft bazarındakı vəziyyəti və qiymət dinamikasını müzakirə edəcək
Ölkələrin nümayəndələrinin görüşü Moskvada Rusiya Enerji Həftəsində və Ticarət-İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyada keçiriləcək.Səudiyyə Ərəbistanının energetika naziri şahzadə Əbdül Əziz bin Salman Rusiya Enerji Həftəsində iştirak etmək üçün Moskvaya gəlib.
Marja.az-ın məlumatına görə, Rusiya baş nazirinin müavini Aleksandr Novak və Səudiyyə Ərəbistanının energetika naziri şahzadə Əbdüləziz bin Salman Moskvada keçiriləcək Rusiya Enerji Həftəsində neft bazarındakı vəziyyəti müzakirə edəcəklər. Bu mövzu ticarət-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyada da qaldırılacaq.
Jurnalistlərlə söhbətində Aleksandr Novak Rusiyanın son bir neçə ildə Səudiyyə Ərəbistanı ilə çox yaxşı münasibətlərə malik olduğunu vurğulayıb. O, həmçinin əlavə edib ki, hər iki ölkə uzun müddətdir neft bazarlarında birgə işləyir və OPEC+ çərçivəsində fəaliyyətləri əlaqələndirir. Onun sözlərinə görə, neft bazarının tarazlaşdırılması böyük ölçüdə Ər-Riyadın yanaşmasından asılıdır.
"Forumda bazarda mövcud olan bütün tendensiyalar müzakirə olunacaq",- Novak bildirib.
Səudiyyə Ərəbistanının energetika naziri Əbdüləziz bin Salman Moskvada keçirilən Rusiya Enerji Həftəsində iştirak edir. Forum çərçivəsində onun iştirakı ilə Rusiya-Səudiyyə hökumətlərarası komissiyasının iclası da var.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 11 saat əvvəl
-
- 12 saat əvvəl
-
13 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
























