Tbilisi-Bakı-Tbilisi reysinə böyük tələb - AVİAŞİRKƏT REYSLƏRİN SAYINI ARTIRIR
Tbilisi-Bakı-Tbilisi reysləri həftədə 5 dəfə həyata keçiriləcək.Gürcüstanın “Geosky” aviaşirkətinin törəməsi olan aşağıbüdcəli (ucuz) “Georgian Wings” şirkəti Tbilisidən Bakıya reyslərin sayını artırır.
Marja.az-ın məlumatına görə, “Georgian Wings” Tbilisi-Bakı-Tbilisi üzrə həftədə 5 reys həyata keçirəcək.
Bu marşrut üzrə hər həftənin bazar ertəsi, çərşənbə, cümə, şənbə və bazar günləri 72 sərnişin üçün nəzərdə tutulmuş Fransa-İtaliya istehsalı olan ATR72-500 təyyarəsi ilə sərnişinlərə xidmət göstəriləcək.
Aviaşirkətin nümayəndəsinin sözlərinə görə, “Georgian Wings” artıq 1 aydır ki, Tbilisi Beynəlxalq Hava Limanından Bakı Beynəlxalq Hava Limanı istiqamətində fəaliyyət göstərir:
"İlkin olaraq həftədə 3 tezliklə fəaliyyətə başladıq. Qeyd olunan marşruta tələbdə artım müşahidə olundu ki, bu da o deməkdir ki, aviaşirkətin gözləntiləri özünü doğrultdu. Uçuş cədvəli aviaşirkətimiz tərəfindən həyata keçirilən Tbilisi-Batumi-Tbilisi daxili reysinin uçuş cədvəlinə uyğunlaşdırılıb ki, bu da sərnişinə Tbilisi hava limanından tranzit və komfortlu səyahət kimi əlavə imkan yaradır”.
Aviabiletləri Georgian Wings-in rəsmi saytından, həmçinin kassalardan və turizm agentliklərindən əldə etmək olar.
Xatırladırıq ki, “Georgian Wings” ilk beynəlxalq müntəzəm uçuşunu 2023-cü il sentyabrın 5-də edib və o vaxtdan etibarən Tbilisi Şota Rustaveli Beynəlxalq Hava Limanından Bakı Heydər Əliyev Beynəlxalq Hava Limanına müntəzəm uçuşlar həyata keçirir.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 12 saat əvvəl
-
- 12 saat əvvəl
-
14 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz























