Veysəloğlu Şirkətlər Qrupu işə qəbul prosesini asanlaşdırdı
(®) Şirkətlər Qrupu “job.veyseloglu.az” portalını istifadəyə verdi.
Namizədlərin rahat və tez bir zamanda müraciətini təmin etmək məqsədi ilə yaradılan portalda cari vakansiyaları izləmək və Şirkətlər Qrupunun iş mühiti ilə tanış olmaq imkanı yaradılıb.
Şirkətlər Qrupu və Qrupa daxil olan bizneslərdə müxtəlif vakansiyalar üzrə namizəd olmaq istəyən şəxslər həmçinin “job.veyseloglu.az” portalına daxil olaraq özlərinə şəxsi kabinet yarada və məlumatlarını əlavə edə bilərlər.
Portalda artıq profiliniz mövcuddursa, həmin profil məlumatları ilə Şirkətlər Qrupuna daxil olan istənilən şirkətin karyera portalına yenidən qeydiyyat etmədən daxil ola bilərsiniz. Namizəd müəyyən vakansiyanı seçdikdən sonra, şəxsi kabinetdə ona uyğun olan digər vakansiyalar da avtomatik olaraq təqdim olunur.
Profilinizi daima yeniləyərək və məlumatları əlavə edərək işə qəbul üçün bir addım daha yaxın ola bilərsiniz.
Qeyd edək ki, işə qəbul komandası tərəfindən aktiv olan vakansiya tələblərinə uyğun gələn namizədlərlə əlaqə saxlanılır, digər profillər portalın namizəd bazasına əlavə edilərək münasib vakansiyalar üzrə yenidən dəyərləndirilir.
“Veysəloğlu Şirkətlər Qrupu olaraq ölkədə əmək münasibətlərinin inkişafı və tam məşğulluğun təmin edilməsi istiqamətində dövlətin iqtisadi və sosial siyasətini dəstəkləyirik. Dövlət Məşğulluq Agentliyi ilə əməkdaşlıq çərçivəsində işaxtaran və işsiz şəxslərin məşğulluq imkanlarının genişləndirilməsinə dəstək göstəririk. Məlum olduğu kimi, şirkətimiz qeyri-neft sektorunda Azərbaycanın ən iri işə götürən təşkilatlarından biridir və komandamız gün ərzində işə qəbul ilə bağlı çox sayda müraciət qəbul edir. Belə bir portalı yaratmaqda məqsəd həm yeni namizədlərin müraciətlər prosesini asanlaşdırmaq, həm də şirkətimiz üçün müəyyən bir elektron namizəd bazasının yaradılmasıdır. Bundan əlavə, əmək bazarında ixtisaslı kadrları doğru dəyərləndirərək onların şirkətimizdə işlə təmin edilməsinə şərait yaradaraq ölkə iqtisadiyyatına dəyər qatırıq”,- deyə Qrupun İnsan Resursları direktoru Ziya Rəcəbov vurğulayıb.
Veysəloğlu Şirkətlər Qrupu (VŞQ) pərakəndə, distribusiya, logistika və istehsalat daxil olmaqla, tədarük zəncirinin müxtəlif sahələrini əhatə edən çoxşaxəli FMCG (gündəlik istehlak malları) qrupudur. Dayanıqlı inkişafı dəstəkləmək Veysəloğlu Şirkətlər Qrupunun əsas fəlsəfəsidir. Şirkətlər Qrupu 2022-ci və 2023-cü ildə dünyada tanınmış konsaltinq şirkətlərindən biri olan Deloitte şirkətinin Azərbaycanda təşkil etdiyi nüfuzlu “Best Managed Companies” müsabiqəsində qaliblərdən biri elan edilib.
Müştərilərin xəbərləri
Bakıda sazişlər imzalandı - Biznesin İnkişafı Fondu, “Azerconnect Group”, “TuranBank”, “Rabitəbank”...
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 1 gün sonra
-
- 3 saat əvvəl
- 6 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
-
8 saat əvvəl
Bitki yağları idxalı 34,9% artıb, ilk 5 ayda 101 milyon dolları keçib
-
8 saat əvvəl
Azərbaycana kərə yağı idxalı azalıb - 9 milyon dollarlıq və ya 12%-lik geriləmə
-
8 saat əvvəl
Azərbaycana süd idxalı kəskin artıb - İlk 5 ayda 17 milyon dolları keçib
-
9 saat əvvəl
Azərbaycana ət idxalı 15% artıb - Xaricdən 5 ayda 47 milyon dollarlıq ət alınıb
- 9 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
FED faiz qərarını açıqladı
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
Ən çox oxunanlar
Azərbaycan ilə OPEC Fondu arasında əməkdaşlığın əsas istiqamətləri və gələcək inkişaf perspektivləri müzakirə olunub
TuranBank ICD ilə 15 milyon dollarlıq niyyət bəyannaməsi imzaladı
Bu mallar da gömrük rüsumlarından azad olunur
Tramp: Hörmüz boğazı yaxın bir-iki gündə tam açıq olacaq
Azərbaycanın ərzaq idxalı daha da artıb - 5 ayda 1 milyard 130 milyon dolları keçib


























