"Sərnişinlər İsrailə və əks istiqamətə uçuş biletlərini noyabrın 30-dək cəriməsiz qaytara bilər"
İsraildə yaranmış fövqəladə vəziyyətlə əlaqədar “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) bu ölkəyə və əks istiqamətdə reyslərlə bağlı xidmətlərindən istifadə edə bilməyən sərnişinlərə cəriməsiz biletin qiymətini tam şəkildə geri qaytarmağa və ya pulsuz yenidən rezervasiyasına icazə verilir.
Marja.az-ın AZAL-a istinadən yaydığı məlumatına görə, AZAL-ın sərnişinlərinə Tel-Əvivin Ben Qurion Beynəlxalq Hava Limanına və əks istiqamətə 7 oktyabr daxil olmaqla, uçuş tarixi oktyabrın 8-dən noyabrın 1-dək olan aviabiletləri noyabrın 30-dək (bu tarix daxil olmaqla), hər hansı digər tarixlər üçün “involuntary” və ya yenidən rəsmiləşdirmə prosedurları əsasında geri qaytarılmasına icazə verilir.
“Aviaşirkət bu çətin vəziyyətdə sərnişinlərin çevik şəraitlə təmin olunması üçün tədbirlər görür. Uçuş cədvəlində dəyişiklik və ya yenilik olarsa, bu barədə “Azərbaycan Hava Yolları”nın sərnişinləri operativ şəkildə məlumatlandırılacaq. Daha ətraflı məlumat üçün “Azərbaycan Hava Yolları” QSC-nin “[email protected]” çağrı mərkəzinə müraciət etmək tövsiyə olunur”, - qeyd edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
19 d. əvvəl
“AzInTelecom” tərəfindən 58 mindən çox IMEI koda “klon” statusu verilib
-
- 1 saat əvvəl
-
9 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan”ın gəlirləri və kredit portfeli artıb - BANKIN MALİYYƏ VƏZİYYƏTİ
- 20 saat əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
1 gün əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
1 gün əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Rəsmi məzənnələr açıqlandı
Sabah sulu qar, qar yağacaq
Ən çox oxunanlar
Avropa Birliyində turistik qonaqlama rekord qırılıb
Fransız fermerlərin etiraz aksiyaları davam edir
Sıfır xərclə ticarət mümkündür?
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?






















