Amazon-un Türkiyədəki ilk logistika mərkəzi rəsmi olaraq açılır
Amazonun Türkiyədə 100 milyon dollardan çox sərmayə ilə inşa etdiyi ilk logistika mərkəzinin rəsmi açılışı sabah keçiriləcək.Sabah Amazon-un Türkiyə, Tuzlada logistika mərkəzinin rəsmi açılışı üçün mərasim keçiriləcək. Mərkəzin inşası 100 milyon dollara başa gəlib.
Marja.az Şirkətin yaydığı məlumata istinadən xəbər verir ki, mərasimdə Türkiyədən yüksək vəzifəli şəxslərin iştirakı ilə yanaşı, şirkətin qlobal menecerləri də iştirak edəcək.
Mərasimdə Amazon-un Avropa və Şimali Amerika əməliyyatları üzrə vitse-prezidenti Stefano Pereqo, Amazon-un Türkiyə əməliyyatları üzrə baş direktoru Hakan Karadoğan və Amazon-un Türkiyə üzrə meneceri Riçard Marriott iştirak edəcək.
2022-ci ilin sentyabr ayında Amazonun Türkiyədəki ilk logistika mərkəzi olaraq fəaliyyətə başlayan mərkəz o vaxtdan bəri yüzlərlə yeni iş yerləri yaradıb, eyni zamanda Türkiyədəki KOBİ-lərə bizneslərini böyütmək və artan müştəri tələbatını ödəmək üçün əhəmiyyətli töhfələr verib.
Türkiyədəki logistika mərkəzində davamlılığa üstünlük verən Amazon, 2040-cı ilə qədər sıfır karbon emissiyası öhdəliyinin bir hissəsi olaraq binaların istilik və isti su ehtiyaclarını 100 faiz elektrik enerjisi ilə ödəmək siyasətini davam etdirir. Bu yolla təbii qaz kimi təbiətə zərər verən ənənəvi yanacaqların istifadəsinin qarşısının alınması hədəflənir. Binalardakı bütün istilik, havalandırma və soyutma sistemləri bina idarəetmə sistemləri ilə asanlıqla idarə olunur, enerji israfının qarşısını alır və işçilər üçün sağlam iş mühiti yaradır.
Məşğulluğa və KOBİ-lərə verdiyi dəstəkdən əlavə, şirkət Türkiyədə sosial sərmayələrini də davam etdirir.
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 həftə sonra
- 3 gün sonra
-
- 2 saat sonra
-
45 d. əvvəl
“Abşeron” Ticarət Mərkəzində "McDonald’s" restoranı açılacaq
- 59 d. əvvəl
-
1 saat əvvəl
Neft bahalaşıb: Daha yüksək volatillik barədə xəbərdarlıq edilib
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Ekologiya və təbii sərvətlər nazirinə birinci müavin təyin olunub
- 2 saat əvvəl
-
2 saat əvvəl
AIREX 2026: Azərbaycan beynəlxalq daşınmaz əmlak sərgisinə ev sahibliyi edəcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 30 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Faktorinq şirkəti 14%-lə borca pul axtarır
Böyük Britaniya iqtisadiyyatı birinci rübdə 0,6% artıb
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
Ekologiya və təbii sərvətlər nazirinə birinci müavin təyin olunub
Məlumatları yerli “bulud”da saxla! – Xərclərə qənaət et!
Si Cinpin: "ABŞ və Çin rəqib deyil, tərəfdaş olmalıdır"
Rəsmi məzənnələr açıqlandı
Trampın FED sədri vəzifəsinə namizədi Senat tərəfindən təsdiqlənib - Kevin Uorş dövrü başlayır
















.jpg)





