AZAL Bakı-Minsk-Bakı marşrutu üzrə ilk reysini yerinə yetirib
Bazar ertəsi, oktyabrın 2-də “Azərbaycan Hava Yolları” aviaşirkəti Bakı-Minsk-Bakı marşrutu üzrə ilk müntəzəm uçuşunu həyata keçirib.
AZAL-ın təyyarəsi Minsk Milli Hava Limanında iki ölkə arasında hava əlaqəsində yeni mərhələnin başlanğıcını simvolizə edən ənənəvi su tağı ilə təntənəli şəkildə qarşılanıb.
"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətinin yayadığı məlumatda bildirilir ki, tədbirdə “Azərbaycan Hava Yolları” aviaşirkətinin nümayəndələri, Azərbaycanın Belarusdakı səfiri, Azərbaycan diasporunun nümayəndələri və Minsk Milli Hava Limanının rəhbərliyi iştirak ediblər.
Yeni marşrut sərnişinlərin iki paytaxt arasında rahat gediş-gəlişi üçün geniş imkanlar açır. Bu istiqamətdə üzrə uçuşlar həftədə dörd dəfə həyata keçiriləcək ki, bu da turistlər və biznes tərəfdaşları üçün əlavə perspektivlər yaradacaq.
Uçuş cədvəli ilə aviaşirkətin rəsmi saytında tanış ola bilərsiniz. Aviabiletləri, həmçinin aviaşirkətin mobil tətbiqində və akkreditə olunmuş agentliklərində əldə etmək mümkündür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 46 d. əvvəl
-
-
9 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan”ın gəlirləri və kredit portfeli artıb - BANKIN MALİYYƏ VƏZİYYƏTİ
- 20 saat əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
1 gün əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
1 gün əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Rəsmi məzənnələr açıqlandı
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
Avropa Birliyində turistik qonaqlama rekord qırılıb
Ən çox oxunanlar
Fransız fermerlərin etiraz aksiyaları davam edir
Sıfır xərclə ticarət mümkündür?
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?




















