VİP xidmətlər göstərən Azərbaycan şirkətinin mənfəəti 2 dəfədən çox artıb
“VİP Aviasiya Xidmətləri Şirkəti”nin aeroportlardan qazancı artıb.Aeroportlarda yerüstü və kommersiya xidmətləri üzrə fəaliyyət göstərən “VİP Aviasiya Xidmətləri Şirkəti” MMC 2022-ci ili 15 milyon 845 min manat xalis mənfəət ilə başa vurub. Şirkət 2021-ci ili 7 milyon 450 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, ötən il şirkətin xalis mənfəət 2 dəfədən çox artıb.
Marja.az Şirkətin maliyyə hesabatlarına istinadən xəbər verir ki, “VİP Aviasiya Xidmətləri Şirkəti” MMC-nin gəlirləri 2021-ci ildə 22 milyon 950 min manat ikən, 2022-ci ildə 31 milyon 604 min manata yüksəlib (8 milyon 554 min manat və ya 37% artıb).
31 dekabr 2022-ci il tarixində “VİP Aviasiya Xidmətləri Şirkəti” 51 milyon 646 min manat cəmi aktivlərə malik olub.
“VİP Aviasiya Xidmətləri Şirkəti” VİP aviasərnişinlər üçün xidmətlər, transfer xidmətləri, aviabiletlərin satışı, brend və lüks məhsulların satışı ilə məşğul olur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
15 d. əvvəl
"Azərbaycanda "yaşıl artım"a keçid maliyyə sektorunun inkişaf strategiyasının əsas məqsədidir"
-
29 d. əvvəl
Unibankın biznes üçün “Bahar endirimi” kampaniyası davam edir
-
37 d. əvvəl
“Naxçıvanbank”ın kredit portfelinin böyük hissəsini əldə etmişik"
-
1 saat əvvəl
"Kapital Bank"ın Sədrindən biznes kreditlərilə bağlı açıqlama - "Orta faiz dərəcələri düşür"
- 1 saat əvvəl
-
1 saat əvvəl
Kapital Bank bazara yeni kredit kartı təqdim etməyə hazırlaşır
- 1 saat əvvəl
-
1 saat əvvəl
Ziraat Bank Azərbaycan Fintex Sammit 2024 tədbirində mükafatla təltif edildi
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl