Qanunları pozduğu iddia olunmuş şirkətin fəaliyyətinin dayandırılmasına qərar verildiyi bildirilir

2021-ci ilin Fevral ayında dövlət qeydiyyatına alınmış və 3 milyon 998 min 326 manat nizamnamə kapitalına malik olan "Freedom Finance Azerbaijan" ASC-nin fəaliyyətinin dayandırılmasına qərar verildiyi iddia olunur.
Marja.az-a verilən məlumata görə, Şirkətin Xətai rayonu, Xocalı prospekti 37-də "Dəmirçi" iş mərkəzində yerləşən ofisi bağlıdır, şirkətin telefonlarına edilən zənglərə cavab verilmir.
"Freedom Finance Azerbaijan" ASC-nin işçilərini də ixtisar etdiyi, müqavilələrə xitam verdiyi bildirilir.
Marja.az şirkətin əlaqə vasitəsinə zəng etdi. Lakin nömrə daxil olan zəngləri qəbul etmir. Eyni zamanda şirkətin internet səhifəsi də düzgün çalışmır.
Bəzi şəxslər tərəfindən iddia olunur ki, "Freedom Finance Azerbaijan" vasitəsilə yatırdıqları sərmayəni itirə biləcəklərindən narahatdırlar. Qeyd edək ki, "Freedom Finance Azerbaijan" şirkətinin investisiya xidmətlərinin göstərilməsi üçün lisenziyaları mövcud deyil, əgər şirkətin belə bir fəaliyyəti olmuşsa, qanunsuzdur.
HƏMÇİNİN OXU: Mərkəzi Bank "Freedom Finance Azerbaijan" şirkəti barədə iddialara münasibət bildirdi
Bir müddət əvvəl birja və investisiya sahələri üzrə ödənişli təlim xidmətləri göstərdiyini bəyan edən "Freedom Finance Azerbaijan" ASC-nin fəaliyyəti barədə bir sıra iddialar ortaya çıxmışdı. Yerli saytlardan birində dərc olunmuş jurnalist araşdırmasında bildirilirdi ki, ABŞ-da təşkil olunmuş "Freedom Holding Corp."a (FRHC) bağlı olan "Freedom Finance Azerbaijan" şirkətindən xidmət aldıqları və xidmətdən narazı qaldıqları, vəsaitlərinin alınmasında çətinlik çəkdikləri, onlardan əsassız xərc və rüsumlar alındığı barədə bir sıra şəxslərdən şikayətlər eşidilir. Araşdırmada vurğulanırdı ki, şirkətin çoxlu onlayn və oflayn reklamlarında çağırışlar əslində təlimlər ilə bağlı deyil, daha çox brend tanıtma və əsas investisiya xidmətlərini satmaq üçündür.
"Freedom Finance Azerbaijan" ASC-nin direktoru Vüsal Məmmədov iddialar ilə əlaqədar Marja.az-ın suallarına cavab verməyib.
Müştərilərin xəbərləri

Yeni üfüqləri kəşf edərək: “Azərikard” və tərəfdaş banklarının nümayəndələri Belçikaya səfər ediblər
SON XƏBƏRLƏR
- 4 d. əvvəl
- 13 d. əvvəl
-
56 d. əvvəl
Bakıda innovasiya və startap ekosisteminin inkişafı üçün Anlaşma Memorandumu imzalandı
-
- 58 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Sığorta şirkətinin mobil tətbiqinin istifadəçi sayı 100 mini keçib
- 1 saat əvvəl
-
2 saat əvvəl
Bu il cinayət işləri üzrə ziyanla bağlı 19,5 milyon manat büdcəyə ödənilib
- 2 saat əvvəl
-
2 saat əvvəl
Evdən çıxmadan və sənəd yığımadan pul birbaşa əlinizə gəlsin
-
2 saat əvvəl
“Xəzinə” hazırlıq kursları və “ABB Limited”in vəzifəli şəxsləri barədə cinayət işləri başlayıb

Sərhəddəki görüşün nəticəsi barədə RƏSMİ MƏLUMAT

Maliyyə Nazirliyi 100 milyon manat cəlb edir

Bakıda innovasiya və startap ekosisteminin inkişafı üçün Anlaşma Memorandumu imzalandı

Bu şəxslərə 250 mənzil verildi

Bərdə-Ağdam-Əsgəran yolu ilə bağlı sərəncam - PUL AYRILDI

"Azərbaycan İnnovasiya habı olmağa qərar verib"
Ən çox oxunanlar

Sabahın hava proqnozu

Evdən çıxmadan və sənəd yığımadan pul birbaşa əlinizə gəlsin

“Xəzinə” hazırlıq kursları və “ABB Limited”in vəzifəli şəxsləri barədə cinayət işləri başlayıb

Valyuta hərracında böyük tələb

Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası başlayıb

Yeni üfüqləri kəşf edərək: “Azərikard” və tərəfdaş banklarının nümayəndələri Belçikaya səfər ediblər

Azərbaycan əhalisinin yarısından çoxu "Trendyol"dan alış-veriş edir

AZAL Çinin paytaxtına aviabilet qiymətlərinə endirim etdi
