Yaponiya Mərkəzi Bankı faiz dərəcəsini mənfi səviyyədə saxlanılmasına qərar verib
Yaponiya Bankı (Mərkəzi Bank) son iki günlük iclasın yekunlarına əsasən, inflyasiya hədəflərinə nail olmağa yönəlmiş ultra-yumuşaq pul siyasətini saxlamaq qərarına gəlib.
Marja.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın dərc olunmuş bəyanatında deyilir.
Qeyd olunur ki, bazarı stimullaşdırmaq üçün qısamüddətli faiz dərəcəsinin mənfi 0,1% səviyyəsində saxlanılması qərara alınıb. Eyni zamanda, Yaponiyanın baş maliyyə tənzimləyicisi bazarın vəziyyətindən asılı olaraq uzunmüddətli kreditlər üzrə marjinal dərəcəsinin 1%-ə qaldırılmasının mümkünlüyü ilə bağlı iyul ayında qəbul edilmiş qərarı qüvvədə saxlayıb və müvafiq tədbirlərin görülməsinin təsirini qiymətləndirməyə davam etdiyini vurğulayıb.
Valyuta birjasında ticarət investorların gözləntilərinə uyğun olduğu üçün mərkəzi bankın qərarına mülayim reaksiya verib. Yenin dollara nisbətdə məzənnəsi 0,15% möhkəmlənərək 1 dollar üçün 148,01-148,02 yenaya çatıb. Ümumiyyətlə, yerli analitiklər milli valyutanın dollar qarşısında daha da zəifləyəcəyini proqnozlaşdırırlar.
Mənfi faiz dərəcəsi ilə yumşaq pul siyasəti bazarı stimullaşdırmağa və 2%-lik istehlak inflyasiyasına nail olmağa yönəlib. Son aylarda inflyasiya Yaponiya Bankının hədəfini aşıb, lakin yanvar ayında 4,2%-lik pik həddinə çatdıqdan sonra onun səviyyəsi mərkəzi bankın əvvəlcədən proqnozlaşdırdığı kimi azalmağa başlayıb və yaya qədər təxminən 3,1%-ə düşüb.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
12 d. əvvəl
Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
-
-
19 d. əvvəl
“Azərmaş Group”un gəlirləri 82 milyon manata yaxınlaşıb, xalis mənfəəti isə azalıb
- 46 d. əvvəl
- 52 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Aktivləri 14%-dən, müştəri hesabları 16%-dən, kredit portfeli isə 5%-dən çox artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım
Tarixin ən böyük ilkin kütləvi təklifində hədəf kiçildilib
Bankın kredit portfeli 147 milyon manat böyüyüb, 2025-ci ili 27,8 milyon manat xalis mənfəətlə başa vurub
"PAŞA Həyat"ın əməkdaşları Uşaq Evini ziyarət ediblər - FOTOLAR






.jpg)



.jpg)






.jpg)




