Azərbaycan 31,4 milyard manat dövlət borcu hədəfləyir, 22,2 milyardı daxili borc olacaq
2023-cü ilin ikinci yarısında Azərbaycanın cəmi dövlət borcunun 10 milyard 652,6 milyon manat artacağı nəzərdə tutulur.
2024-2027-ci illər ərzində xarici dövlət borcu üzrə həyata keçiriləcək əsas borc ödənişləri, habelə mövcud və yeni imzalanacaq kredit sazişləri çərçivəsində istifadələr nəzərə alınmaqla, 2027-ci ilin sonuna xarici dövlət borcunun 5,4 milyard ABŞ dolları (9,2 milyard manat) və ya ÜDM-in 6,8 faizi həcmində olacağı proqnozlaşdırılır.
Marja.az xəbər verir ki, Bu barədə Maliyyə Nazirliyinin hazırladığı “2024-cü ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair Açıqlama” sənədində bildirilib.
Qeyd edilibki, 2024-2027-ci illər ərzində dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsi məqsədilə emissiya olunacaq yeni dövlət istiqrazları, o cümlədən Aqrarkredit QSC-nin dövlət zəmanətli öhdəliklərinin dövlət borcu kimi təsnifləşdirilməsi nəticəsində daxili dövlət borcunun 2027-ci ilin sonunda 22,2 milyard manat və ya ÜDM-in 16,4 həcmində qərarlaşacağı gözlənilir. Belə olan halda, 2027-ci ilin sonunda ümumi dövlət borcu 31,4 milyard manat və ya ÜDM-in 23,2 faizi həcmində olacağı proqnozlaşdırılır.
2023-cü ilin sonuna Azərbaycan Respublikasının dövlət borcunun (xarici və daxili) ümumi məbləği 26 milyard 803,6 milyon manat səviyyəsində olacağı gözlənilir və 119 milyard 650 milyon manat məbləğində proqnozlaşdırılan ÜDM-in 22,4 faizini təşkil edəcəkdir. Həmin dövrdə xarici dövlət borcu 10 milyard 848,2 milyon manat (6 milyard 381,3 milyon ABŞ dolları) və ya ÜDM-in 9,1 faizi həcmində, daxili dövlət borcu isə 15 milyard 955,4 milyon manat və ya ÜDM-in 13,3 faizi həcmində olacağı gözlənilir.
2024-cü ilin sonuna Azərbaycan Respublikasının dövlət borcunun (xarici və daxili) ümumi məbləği 27 milyard 678,0 milyon manat səviyyəsində olacağı gözlənilir və 118 milyard 383,3 milyon manat məbləğində proqnozlaşdırılan ÜDM-in 23,4 faizini təşkil edəcəkdir. Həmin dövrdə xarici dövlət borcu 8 milyard 898,7 milyon manat (5 milyard 234,5 milyon ABŞ dolları) və ya ÜDM-in 7,5 faizi həcmində, daxili dövlət borcu isə 2024-cü ilin sonuna 18 milyard 779,4 milyon manat və ya ÜDM-in 15,9 faizi həcmində olacağı gözlənilir.
Beləliklə, ümumilikdə yeni çağırışlarla əlaqədar yaranan əlavə maliyyə tələbatının təmin edilməsi üçün icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-ə nisbət göstəricisinin hədəflənən yuxarı həddinin 2024-cü ilin sonuna 24,0 faiz müəyyən edilməsi, ortamüddətli dövrün sonuna (2027-ci il) 17,5 faiz, dövlət borcunun ÜDM-ə nisbət göstəricisi üzrə isə 2027-ci ilin sonuna hədəflənən yuxarı həddin 30,0 faiz səviyyəsində olması təklif olunur.
01 iyul 2023-cü il tarixinə beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş istiqrazlar, habelə əməkdaşlıq etdiyimiz müxtəlif beynəlxalq maliyyə-kredit qurumları və xarici banklarla imzalanmış kredit sazişləri çərçivəsində faktiki istifadə olunmuş hissə üzrə yerinə yetirilmiş öhdəliklər nəzərə alınmaqla xarici dövlət borcu (birbaşa) 6 milyard 576,9 milyon ABŞ dolları və ya 2023-cü il tarixi vəziyyətinə proqnozlaşdırılan ÜDM-in 10,0 faizini təşkil etmişdir. Ötən il ərzində cəlb edilən vəsaitlər, yerinə yetirilən əsas borc öhdəlikləri, habelə xarici valyuta məzənnələrində baş vermiş dəyişikliklər nəzərə alınmaqla, 2023-cü ilin 01 iyul tarixinə xarici dövlət borcu ilin əvvəli ilə müqayisədə mütləq ifadədə 116,3 milyon ABŞ dolları və ya 1,7 faiz azalmışdır.
İmzalanmış kredit sazişləri çərçivəsində 2023-cü ilin ilk 6 ayı ərzində 62,0 milyon ABŞ dolları məbləğində vəsait istifadə olunmuşdur. Bunun müqabilində, xarici dövlət borcu üzrə vaxtı çatmış öhdəliklərin yerinə yetirilməsi məqsədilə daxili maliyyə bazalarında emissiya edilmiş dövlət istiqrazları hesabına 171,1 milyon ABŞ dolları məbləğində əsas borc ödənişləri həyata keçirilmişdir.
2023-cü ilin ilk 6 ayında xarici dövlət borcunun valyuta tərkibi aşağıdakı kimi olmuşdur: XBH (Beynəlxalq Valyuta Fondunun Xüsusi Borcalma Hüquqları) – 3,4 faiz, valyutalar üzrə isə ABŞ dolları – 88,0 faiz, avro – 5,2 faiz, yapon yeni – 2,8 faiz, digər valyutalar – 0,6 faiz.
Qeyd olunan tarixə, dəyişkən faiz dərəcəsi ilə olan öhdəliklər xarici borc məbləğinin 42,4 faizini, sabit dərəcə ilə olanlar isə 57,6 faizini təşkil etmişdir. Xarici dövlət borcunun 49,4 faizi 5 ilə qədər olan müddətdə, 42,6 faizi 5 ildən 10 ilə qədər olan müddətdə, 8,0 faizi isə 10 ildən yuxarı olan müddətdə kreditorlara qaytarılmalıdır.
2023-cü ilin 01 iyul tarixinə daxili dövlət borcu 4 milyard 970,3 milyon manat və ya ÜDM-in 4,5 faizini təşkil etmişdir. Daxili dövlət borcunun 27,5 faizi 1 illik, 52,1 faizi 2 və 3 illik, 20,4 faizi isə 5 il və daha artıq müddətli dövlət qiymətli kağızlarının payına düşür.
2022-ci ilin sonu ilə müqayisədə daxili dövlət borcunun səviyyəsi mütləq ifadədə 782,1 milyon manat məbləğində və ya 18,7 faiz artmışdır. Dövlət büdcəsi üçün tələb olunan vəsaitin təmin olunması, dövlət borcunun idarə edilməsi strategiyasına uyğun olaraq xarici borcun tədricən əvəzlənməsi məqsədilə xarici dövlət borcu üzrə vaxtı çatan əsas borc ödənişlərinin daxili maliyyə bazarlarında emissiya olunan dövlət qiymətli kağızlarının yerləşdirilməsindən əldə olunan vəsaitlər hesabına təmin olunması daxili dövlət borcunun artmasının əsas səbəbləri olmuşdur.
Azərbaycan Respublikasının dövlət borcunun (xarici və daxili) ümumi məbləği 2023- cü il 01 iyul tarixinə 16 milyard 151 milyon manat və ya ÜDM-in 14,5 faizini təşkil etmişdir. 2022-ci ilin sonu ilə müqayisədə 2023-cü ilin ilk 6 ayı üzrə ümumi dövlət borcunun səviyyəsi mütləq ifadədə 584,4 milyon manat və ya 3,8 faiz, ümumi dövlət borcunun ÜDM-ə nisbəti isə 2,9 faiz bəndi artmışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
8 saat əvvəl
Dövlət uşaq bezi və salfet kağızı istehsalı kompleksini satışa çıxarır
-
8 saat əvvəl
Avropa ölkələri 9 ayda Azərbaycandan 31 milyon avro məbləğində fındıq idxal edib
-
-
8 saat əvvəl
“Bakı Mərmər Qranit” şirkətinin özəlləşdirilməsi planlaşdırılır
- 9 saat əvvəl
-
10 saat əvvəl
Böyük neft şirkətləri 2030-cu ilə qədər karbon neytrallığına çatmağı vəd edirlər
- 10 saat əvvəl
-
11 saat əvvəl
"Azərbaycan 2050-ci ilə qədər qaz emissiyalarını 40% faiz azaltmağı hədəfləyib" - Mikayıl Cabbarov
-
11 saat əvvəl
"SOCAR metan tullantılarının sıfıra endirilməsi ilə bağlı öhdəlik götürüb" - Mikayıl Cabbarov
-
12 saat əvvəl
“PAŞA Holding”in təşkilatçılığı ilə “InMerge İnnovasiya Sammiti”nin ikinci günü baş tutub!
-
13 saat əvvəl
Gömrükdən limitin 300 dollardan 150 dollara endiriləcəyi ilə bağlı iddialara cavab
-
15 saat əvvəl
Ağacdakı “konfet”lər yetişdi - Çox ləzzətlidir və qeyri-adi dadı var

Aylıq 604 AZN-dən premium mənzilə sahib olmaq imkanı

“Bakı Mərmər Qranit” şirkətinin özəlləşdirilməsi planlaşdırılır

Noyabrda Türkiyənin ixracında rekord

ABŞ-da qazılan neft quyularının sayı artıb

"SOCAR metan tullantılarının sıfıra endirilməsi ilə bağlı öhdəlik götürüb" - Mikayıl Cabbarov

“PAŞA Holding”in təşkilatçılığı ilə “InMerge İnnovasiya Sammiti”nin ikinci günü baş tutub!
Ən çox oxunanlar

Ağacdakı “konfet”lər yetişdi - Çox ləzzətlidir və qeyri-adi dadı var

ABŞ Yaşıl İqlim Fonduna 3 milyard dollar ayıracaq

"OPEC+"ın qərarı neft qiymətlərinin daha da aşağı düşməsinin qarşısını ala biləcək"

Bazar gününə olan hava proqnozu

Milli Məclis dekabrın 5-də toplanır, gələn ilin dövlət büdcəsi III oxunuşda müzakirə olunacaq
