“EY İlin İş Adamı 2023-2024” müsabiqəsinə start verildi

(®) EY şirkətinin təşkil etdiyi nüfuzlu “İlin İş Adamı” müsabiqəsi ölkəmizdə artıq beşinci dəfə keçirilir.
Müsabiqənin startı barəsində EY (keçmişdə Ernst & Young) şirkətində “İlin İş Adamı” proqramının rəhbəri Nərmin Quliyeva məlumat yayıb.
EY şirkəti Azərbaycanda kiçik və orta sahibkarlıq subyektlərini “İlin İş Adamı” 2023-2024 müsabiqəsində iştirak etməyə dəvət edir.
Bu nüfuzlu və unikal proqram innovativ ideyaları və müvəffəqiyyət qazanmaq istəyi ilə bazarda fəaliyyət göstərən və cəmiyyətə müsbət təsir göstərən uğurlu namizədliklərini (ərizələrini) qəbul edir.
Ərizələrin qəbulu 31 dekabr 2023 tarixənədək davam edəcək.
Kimlər iştirak edə bilər?
- Namizəd və onun təmsil etdiyi şirkət Azərbaycanda fəaliyyət göstərməlidir.
- Namizəd şirkətin fəaliyyətində əsas məsuliyyəti daşımalı və rəhbər vəzifə tutmalıdır.
- Son iki il ərzində şirkətin dövriyyəsi ən azı 1 maliyyə ili üzrə 300 min manatdan 30 milyon manatadək olmalıdır.
- Namizəd son 2 il üzrə vergi nəticələrinin izlənilə bilməsini təmin etməli və maliyyə hesabatlarını təqdim edə bilməlidir.
Namizədliyi necə irəli sürmək olar?
Uyğunluq meyarları ilə bağlı daha ətraflı məlumat almaq və namizədliyi irəli sürmək üçün www.eoy.az saytına daxil olun.
Proqramın cədvəli
Namizədlik üçün ərizələr 29 dekabr 2023-ci il tarixinədək təqdim edilməlidir.
Namizədlər 2024-cü ilin fevral ayı ərzində müstəqil münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.
“EY İlin İş Adamı” proqramının milli mərhələsinin finalçıları və yekun qalib fevral ayında keçiriləcək mükafatlandırma mərasimində elan ediləcək.
Milli qalib iyun ayında keçiriləcək “EY Dünya üzrə İlin İş Adamı” müsabiqəsində yarışmaq üçün Monakoya səfər edəcək.
Münsiflər heyəti
Namizədliyin irəli sürülməsi və seçim prosesinin ardınca müstəqil münsiflər heyəti tərəfindən uyğun namizədlər arasından finalçılar və qaliblər seçiləcək. Münsiflər qiymətləndirməni dövriyyədə artım, mənfəət, namizədin liderlik xüsusiyyətləri, yenilikçiliyi vəyaradıcılığı, sosial məsuliyyət və dayanıqlığa diqqət kimi müxtəlif amillərə əsaslanaraq aparacaqlar.
“EY İlin İş Adamı” proqramı haqqında
EY şirkəti tərəfindən təsis edilmiş “EY İlin İş Adamı” müsabiqəsi 1986-cı ildən etibarən keçirilir. Dünyanın ən nüfuzlu işgüzar mükafatı olan "EY İlin İş Adamı" proqramının məqsədi yüksək potensiala malik iş adamlarının sahibkarlıq fəaliyyətini təşviq etmək, liderliyi və uğurlarını nümayiş etdirməklə başqalarını ilhamlandırmaqdır. Öz sahəsində ilk və yeganə qlobal mükafat proqramı olaraq, "EY İlin İş Adamı" 60-dan çox ölkənin 145-dən çox şəhərini əhatə edən regional, milli və qlobal proqram çərçivəsində uğurlu, böyüyən və dinamik biznes quran sahibkarları üzə çıxarır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Çoxlu Çin şirkətləri Azərbaycana gəlirlər -TƏRƏFDAŞ AXTARIRLAR
-
12 saat əvvəl
Prezident Administrasiyası yeni məlumat yaydı - Şahin Mustafayev rəhbər təyin edilib
- 12 saat əvvəl
-
- 15 saat əvvəl
-
1 gün əvvəl
"Dolların məzənnəsi 2023-cü ilin sonuna kimi 94 rubl təşkil edəcək"
-
1 gün əvvəl
“AzerGold” qiymətli metalların satışından 1 milyard manatdan çox gəlir əldə edib
-
1 gün əvvəl
Azərbaycan bankının Gürcüstandakı törəməsinin Baş direktoru işdən çıxıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Aqrar Sığorta Fondu Bakıda və bölgələrdə - Təqaüdlü Təcrübə Proqramına başlayır
-
1 gün əvvəl
Qanunları pozduğu iddia olunmuş şirkətin fəaliyyətinin dayandırılmasına qərar verildiyi bildirilir
- 1 gün əvvəl

Çoxlu Çin şirkətləri Azərbaycana gəlirlər -TƏRƏFDAŞ AXTARIRLAR

Prezident Administrasiyası yeni məlumat yaydı - Şahin Mustafayev rəhbər təyin edilib

İstirahət günü hava necə olacaq? - PROQNOZ

Azərbaycan neftinin son qiyməti

Bazar ertəsinin rəsmi məzənnəsi açıqlandı

Türkiyə 8 ayda 37 milyon nəfərə yaxın turist qəbul edib

Qanunları pozduğu iddia olunmuş şirkətin fəaliyyətinin dayandırılmasına qərar verildiyi bildirilir

Yasamalda aylıq 539 manata mənzil

8 ölkədən Azərbaycana gələnlərin sayı daha kəskin artıb

PAŞA Bank növbəti dəfə “SIBOS" beynəlxalq sərgisində iştirak edib

“Legion Financial” istiqrazlarına 7 investor 7 sifariş təqdim etdi

“Çin şirkətləri və məhsulları Sərgisi”nə qeydiyyat davam edir!
