“Azərsu”nun İnstitutunda doktorantura pilləsi üzrə kadrlar hazırlanacaq
“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutunda təhsilin doktorantura pilləsi üzrə kadrlar hazırlanacaq.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 iyul 2017-ci il tarixli 297 nömrəli qərarına əsasən, “Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların Siyahısı”nda dəyişikliklər edilib. Dəyişikliklərə görə bir sıra təhsil müəssisələri ilə yanaşı, “Azərsu” ASC-nin “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutu da ali təhsilin doktorantura pilləsi üzrə kadr hazırlığı həyata keçirən təşkilatlar siyahısına daxil edilib. İnstitutda təhsilin doktorantura pilləsi üzrə qəbul aşağıdakı ixtisaslar üzrə aparılacaq:
3305.05 - Mühəndis-kommunikasiya sistemləri
3308.01 - Ətraf mühitin texnologiyası və mühəndisliyi
5406.01 - Hidrologiya
Qeyd edək ki, “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutunda su sektorunda müxtəlif istiqamətlərdə aparılan tədqiqatlar üzrə təhsilin doktorantura pilləsinin yaradılması mühüm əhəmiyyət kəsb edir. Belə ki, ölkəmizdə istehlakçıların 24 saat fasiləsiz, keyfiyyətli, Dünya Səhiyyə Təşkilatının standartlarına uyğun içməli su ilə təmin olunması istiqamətində genişmiqyaslı layihələr həyata keçirilmiş və bu sahədə işlər uğurla davam etdirilir. Həyata keçirilən layihələr çərçivəsində yeni sutəmizləyici qurğular, su anbarları, magistral və şəbəkə xətləri tikilir, yeni kanalizasiya sistemləri yaradılır. Bütün həyata keçirilən layihələr elmi nailiyyətlərə və innovativ texnologiyalara əsaslanmaqla həyata keçirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
1 saat əvvəl
Belarus Azərbaycana birgə əczaçılıq müəssisələri yaratmağı təklif edib
-
1 saat əvvəl
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
-
1 saat əvvəl
“166 Logistika” ilə Çindən 12 günə sürətli çatdırılma - Regionda bir ilk ®
-
1 saat əvvəl
"Biz bu prosesdə texnika, aqroşəhərciklər, iş yerləri ilə iştirak edə bilərik"
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanın ixracı və xarici ticarətinin saldosu kəskin azalıb - ÖLKƏYƏ DOLLAR AXINI DÜŞÜR
-
3 saat əvvəl
Azərbaycanda hər 1000 nəfərə düşən doğulan körpə sayı azalır
- 3 saat əvvəl