"Türkiyə Tesla investisiyası üçün ən əhəmiyyətli namizədlər arasında olacaq" - İLON MASK
Elon MuskTürkiyənin Sənaye və Texnologiya naziri Mehmet Fatih Kaçır sosial media hesabında prezident Rəcəb Tayyib Ərdoğanın Tesla və SpaceX-in qurucusu İlon Mask (Elon Musk) ilə görüşü ilə bağlı paylaşım edib.
Marja.az xəbər verir ki, Kaçır, prezident Ərdoğanın Maskı Türkiyəyə investisiya yatırmaöa dəvət etdiyini bildirib.
Ərdoğan “Türkiyənin Togg ilə elektrikli avtomobil istehsalına addım atdığını, Teslanın Avropada 2-ci, dünyada isə 7-ci zavodunu Türkiyədə qurması üçün dəstək verməyə hazır olduğunu” deyib. İlon Mask artıq bir sıra Türkiyə şirkətinin Tesla ilə işlədiyini və Türkiyənin Tesla investisiyası üçün ən əhəmiyyətli namizədlər arasında olacağını bildirib.
Mask həmçinin Türkiyənin səlahiyyətli qurumları ilə işləmək və Starlink peyk xidmətləri ilə bağlı Türkiyə ilə əməkdaşlıq etmək arzusunda olduğunu deyib.
Ərdoğan Türkiyənin pilotsuz uçuş aparatları (PUA) texnologiyası sahəsində dünyanın ən uğurlu ölkələrindən biri olduğunu bildirib.
Gələcəyin müharibələrinin qabaqcıl PUA-lar arasında olacağına inandığını qeyd edən Mask, dünyanın Türkiyə PUA-larına olan marağından xəbərdar olduğunu təsdiqləyib.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 18 saat əvvəl
-
- 18 saat əvvəl
-
20 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz





















