Azərbaycanda elektrik enerjisi istehsalı artıb
Energetika Nazirliyinin yaydığı məlumata görə, 2023-cü ilin yanvar-avqust ayları üzrə operativ məlumatlara əsasən ölkədə elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 154,2 mln. kVt·st, yəni 0,8 % artaraq 19 245,2 mln. kVt·st olub.
Səkkiz ay ərzində elektrik enerjisi istehsalı İES-lərdə 17 714,1 mln. kVt·st, SES-lərdə 1 282,0 mln. kVt·st, digər mənbələr üzrə isə 249,1 mln. kVt·st təşkil edib. Bu dövrdə külək elektrik stansiyalarında 41,7 mln. kVt·st, günəş elektrik stansiyalarında 46,9 mln. kVt·st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 160,5 mln. kVt·st elektrik enerjisi istehsal edilib.
Bu dövrdə elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 17 328,1 mln. kVt·st (İES-lərdə 16 132,0 mln. kVt·st, SES-lərdə 1 196,1 mln. kVt·st), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 330,2 mln. kVt·st (İES-lərdə 211,7 mln. kVt·st, SES-lərdə 75,6 mln. kVt·st, Günəş ES-də 42,9 mln. kVt·st), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 32,2 mln. kVt·st, müstəqil elektrik stansiyaları üzrə isə 1 554,7 mln. kVt·st təşkil edib.
2023-cü ilin yanvar-avqust ayları üzrə elektrik enerjisinin ixracı 1 530,6 mln. kVt·st, idxalı isə 169,3 mln. kVt·st olub.
Qeyd edək ki, 2023-cü ilin avqust ayında respublika üzrə elektrik enerjisinin istehsalı 2 921,8 mln. kVt·st olub. Elektrik enerjisinin idxalı 11,6 mln. kVt·st, ixrac isə 253,5 mln. kVt·st təşkil edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
6 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
6 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
6 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
8 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 8 saat əvvəl
-
8 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb



























