Avropa Mərkəzi Bankı dayanmadı - FAİZLƏRİNİ DAHA DA ARTIRDI
Bazarda bəzi analitiklərin faiz artırmağa fasilə verəcəyinə dair gözləntilərə baxmayaraq, Avropa Mərkəzi Bankı (AMB) inflyasiya ilə mübarizə üçün sentyabr iclasında da faiz artırıb.Avropa Mərkəzi Bankı (AMB) faiz dərəcələrini 0,25 bənd artırmağa qərar verib.
Marja xəbər verir ki, Bank depozit faiz dərəcəsini 4 faizə,pul siyasəti dərəcəsini 4,50 faizə, gecəlik borclanma faizini 4,75 faizə yüksəldib.
Bloomberg-in sorğusunda iştirak edən iqtisadçıların gözləntiləri faiz dərəcələrinin sabit qalacağı idi.
Qərarın mətnində sərt pul siyasətinin davam edəcəyi barədə siqnallar diqqəti çəkir. Mətndə inflyasiyanın uzun müddət yüksək qalacağı qeyd edilib.
Bank 2023-cü il üçün inflyasiya proqnozunu 5,4 faizdən 5,6 faizə yüksəldib; 2024-cü il üçün gözləntisini isə 3 faizdən 3,2 faizə qaldırıb. 2025-ci il üçün inflyasiya gözləntisi 2,1 faiz olaraq müəyyən edilib.
ECB Avrozona üçün 2023-cü il üçün iqtisadi artım proqnozunu 0,9 faizdən 0,7 faizə endirib. 2024-cü il üçün artım gözləntiləri 1,5 faizdən 1 faizə düşüb.
Qərardan sonra Avro ucuzlaşıb. Bakı vaxtı ilə saat 16:40-da Avro/Dollar məzənnəsi 0,5% geriləmə ilə 1,0670 avro səviyyəsində ticarət olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 19 saat sonra
- 8 d. əvvəl
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
İKTA yeni şikayət indeksi və şikayətlərin orta cavablandırılma müddəti hesabatını dərc edib
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
TƏBİB-ə yeni İcraçı direktor təyin edildi
14 bank xalis mənfəət açıqladı - SİYAHI
"Ziraat Bank Azərbaycan"ın xalis mənfəəti 1,6 dəfə artıb
"AFB Bank" ilk rübü xalis mənfəət ilə başa vururb
"Yelo Bank"ın xalis mənfəəti 40 faiz azalıb
Ən çox oxunanlar
İqtisadi Şuranın növbəti iclası keçirilib
"Bank of Baku"nun xalis mənfəəti 16 faiz artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda istehsal olunan zəli məhsulları Avropa, Körfəz və Asiya ölkələrinə ixrac olunacaq
Bakıda özəl klinikanın fəaliyyəti dayandırılır
Unibank-ın xalis mənfəəti 3 dəfəyə yaxın artıb
Bakcell-in baş icraçı direktoru Klaus Müller vəzifəsindən ayrılıb


















.jpg)



